Keyfiyyət Siyasəti

Home/Acıbadəm haqqında/Keyfiyyət Siyasəti

Xəstəxana xidmətləri sahəsində keyfiyyət standartları

qualityAcıbadəm Səhiyyə qrupu öz fəaliyyətini xəstəxana xidmətləri keyfiyyət standartlarına müvafiq olaraq həyata keçirir ki, onlar mülkiyyət formasından asılı olmayaraq tibbi xidmətlərin standartlaşdırılması məqsədi ilə, eləcə də müəssisələr arasında təcrübə mübadiləsi üçün platformanın yaradılması və səhiyyə sahəsində milli keyfiyyət sisteminin hazırlanması məqsədi ilə hazırlanmışdır.

TS EN ISO 15189 Tibbi laboratoriyaları

Acibadem-UniversityƏsas laboratoriya və əlaqədar laboratoriyaların bütün blokları 2005-ci ildən İSO 15189 müvafiq olaraq DACH (Deutsche Akkreditierungsstelle Chemie) akkreditasiyasına və 2010-cu ildən Türk Akkreditasiya Qurumu (TÜRKAK) (Türkiyə Akkreditasiya İnstitutu) akkreditasiyasına malikdir. TÜRKAK-ın çoxtərəfli Beynəlxalq Laboratoriyalar Akkreditasiyası İttifaqı (İLAC) razılaşmasının iştirakıçı olduğundan (Qarşılıqlı tanınma haqqında Razılaşma – MRA) onun laboratoriyalarının akkreditasiyası İLAC üzvü olan bütün ölkələrdə tanınır.

Nüvə tibbi üzrə Avropa akkreditasiyası

Avropada nüvə tibbi mərkəzləri Avropa tibbi mütəxəssislər İttifaqının – UEMS – Avropa nüvə tibbi Şurası – EBNM tərəfindən akkreditasiya olunmuşdur. Acıbadəm Kadıköy, Acıbadəm Bakırköy, Acıbadəm Kozyatağı, Acıbadəm Bursa və Acıbadəm İnterneşnl klinikalarının nüvə tibbi şöbələri həmin akkreditasiyaya əlavə olaraq keyfiyyətin idarə edilməsi üzrə İSO 9001:2008 Sertifikatına malikdirlər.

JCI Akkreditasiyası     

Acıbadəm Səhiyyə qrupu Joint Commission International (JCI) akkreditasiyasına malikdir, xəstələrə maksimal keyfiyyətli xidmət və təhlükəsizliyin təmin edilməsi standartları üzrə çalışır.

the-joint-commissionJCİ keyfiyyət standartlarını və onların qiymətləndirməsini müəyyən edən beynəlxalq müstəqil təşkilatdır. Bu beynəlxalq səviyyədə razılaşdırılan və məşhur qiymətləndirmə modelidir. Təşkilat xəstələrə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə obyektiv ölçmə alətlərini, eləcə də tibbi xidmətlərin səmərəliyinin yüksəldilməsini təklif edir. Dünyanın 51 ölkəsində 600-dən çox səhiyyə təşkilatı JCİ akkreditasiyasına malikdir. Acıbadəm səhiyyə qrupu JCİ akkreditasiya standartlarına müvafiq olaraq çalışır. Klinikaların akkreditasiyası və təkrar akkreditasiyası 2013-cü ildə uğurla başa çatdırılmışdır.

JCİ standartları xəstələrin təhlükəsizliyi, əlçatan tibbi yardım və onun təkmilləşdirilməsi, xəstələrin hüquqları, xəstələrə göstərilən qulluğun qiymətləndirilməsi, anesteziya və cərrahi yardım, dərman vasitələrindən istifadə, xəstələrin və onların qohumlarının xəstələrə istiqamətləndirilmiş standartlar sahəsinə öyrədilməsi aid edilir. Standartların təşkili çərçivəsində yoluxmaların qarşısının alınması və onların yayılmasına nəzarət, idarəetmə, liderlik, obyektin təhlükəsizliyi, heyətin öyrədilməsi və məlumatların idarə edilməsi kimi mövzular qiymətləndirilir.