Joint Commission International Akreditasiyası

Home/Acıbadəm haqqında/Joint Commission International Akreditasiyası

Joint Commission International Akreditasiyası

 Joint Commission International (JCI) Akreditasiyası, beynəlxalq sahədə ən çox qəbul görən qiymətləndirmə modelidir.

Səhiyyə təşkilatlarının tibbi xidmət keyfiyyətini artırmaq üçün nəzərdə tutulmuş bir sıra standart tələblərin qarşılanıb qarşılanmadığını təyin etmək üçün müstəqil qiymətləndirmə yoxlamaları təşkil olunur.

Bugün 68 ölkədə 800-dən çox səhiyyə təşkilatına akreditasiya verilmişdir.

JCI standartları, ‘Xəstəyə yönəlmiş standartlar’ başlığı altında, xəstənin təhlükəsizliyi, tıbbi xidmətlərindən rahat istifadə və bu xidmətlərin davamlılığı, xəstə və yaxınlarının hüquqları, xəstələrin vəziyyətinin qiymətləndirilməsi və qayğısı, anesteziya və cərrahiyyə xidmətləri, dərman istifadəsi, xəstəyə və yaxınlarına verilən təlimatları əhatə edir.

Səhiyyə xidmət üzrə rəhbərlik standartları çərçivəsində keyfiyyət yaxşılaşdırma və xəstə təhlükəsizliyi baxımından, infeksiyaların qarşısının alınması və nəzarəti, tibbi xidmətlərin idarəsi, liderlik və istiqamətləndirmə, təsis idarəsi və təhlükəsizliyi, işçilərin bilik, bacarıq və təhsillərinin haqqında rəhbərliyi məlumatlandırma mövzuları qiymətləndirilir.

Acıbadem Səhiyyə Qrupu xəstəxanalarında Acıbadem Adana Xəstəxanası 25 Sentyabr 2010, Acıbadem Maslak Xəstəxanası isə 2 oktyabr 2010 tarixi etibarilə Joint Commission International (JCI) Akreditasiyasına malikdir.