Xarici pasiyentlər üçün Beynəlxalq mərkəz

Home/Acıbadəm haqqında/Xarici pasiyentlər üçün Beynəlxalq mərkəz

Xarici pasiyentlər üçün Beynəlxalq mərkəz

Tibbi məsləhətlər

Əgər Sizi həkim məsləhəti maraqlandırırsa, biz Sizə özünüzün müvafiq rentgen şəkilləri və laboratoriya tədqiqatlarının nəticələrinin olduğu tam xəstəlik tarixçəsini elektron poçt, faks və ya adi poçt vasitəsi ilə bizə göndərilməsini təklif edirik. Sizin sorğunuz nəzərdən keçirilən kimi biz tövsiyyə edilən müalicə kursu ilə əlaqədar olaraq Sizinlə əlaqə saxlayacaq və Türkiyəyə müalicəyə gəlməyinizin məqsədəuyğunluğu barədə məlumat verəcəyik.

Bizim klinikalarda müayinə və müalicə keçmə haqqında müsbət qərarın qəbul edilməsi halında xarici xəstələrə qulluq göstərilməsi Mərkəzinin əməkdaşları tərəfindən diaqnostika və laboratoriya analizləri də daxil olmaqla həkimlərin məsləhətlərinin planı tərtib ediləcəkdir. Xəstənin Acıbadəm klinikalarında qəbul edilməsinin mümkünlüyü onun sağlamlıq vəziyyətinə və tibbi müdaxilənin zərurət dərəcəsinə müvafiq olaraq müəyyən edilir.

Tərcüməçilərin xidmətləri

Acıbadəm Səhiyyə qrupu tərcüməçilərin xidmətlərini pulsuz təqdim edir. Bu xidmətlərə daxildir: xəstənin klinikada olduğu dövrdə müşayiyət edilməsi, eləcə də xəstənin tibbi rəylərinin ingilis dilinə tərcümə edilməsi.

Yerləşdirmə

Klinikalarımızın yaxınlığında və ya şəhərin mərkəzində yerləşən bir çox otellər və iqamətgahlar Acıbadəm xəstələri üçün endirimlər təqdim edirlər. Xəstənin istəyinə müvafiq olaraq Acıbadəm xarici xəstələrə qulluq göstərilməsi Mərkəzinin nümayəndəsi optimal otel variantını bronlamağa kömək edəcəkdir.

Transfer

Acıbadəm pulsuz transfer xidmətləri, o cümlədən hava limanında qarşılama təqdim edir.

Maliyyə xidməti

Acıbadəm Səhiyyə qrupu əksər beynalxalq sığorta şirkətləri ilə birbaşa ödənişlər planı üzrə müqavilələr bağlamışdır və malikdir. Acıbadəm xəstələrinə və onların ailələrinə klinikaya səfərdən əvvəl, səfərin gedişində və sonrasında, klinikaya ziyarətin istənilən mərhələsində geniş xidmətlər spektri təklif edir.

Bu xidmətlərə daxildir:

  • Avans ödənişləri və hesablaşmalar haqqında informasiya;
  • Tibbi xidmətlərin dəyərinin öncədən hesablanması
  • Ödənişləri həyata keçirən sığorta şirkətləri və digər təşkilatlarla əlaqələr.

Xəstənin Acıbadəm klinkalarının həkimləri tərəfindən uzaq məsafədən məsləhət verilməsi halında xəstəyə müalicənin təxmini qiyməti ilə bərabər ilkin müalicə planı təklif edilir. Müalicənin qiymətinin hesablanması həkimlərin tövsiyyə etdikləri plana əsaslanır. Faktiki xərclər ilkin hesablamalardan fərqlənə bilər.

Əgər Siz sığorta təminatına maliksinizsə və ya Sizin ölkənizin səfirliyi Sizə maliyyə dəstəyi göstərirsə, müalicə üçün hesab birbaşa ya sığorta şirkətinə və səfirliyə göndərilir. Sizin diqqətinizi cəlb edirik ki, sığorta təminatı sizin müalicə planınızdan asılı olaraq müxtəlif ola bilər və bu sizin maliyyə məsuliyyətinə təsir edə bilər. Sığorta şirkəti və ya səfirlik tərəfindən ödənilməyən xidmətlərin haqqı müalicənin başlamasından əvvəl həyata keçirilməlidir.

Sizin rahatlığınız üçün ödənişə qəbul edilən hesablaşma formaları:

  • Kredit kartları: Visa, MasterCard və ya American Express
  •  Nəğd
  • Bank köçürmələri