BÖYÜK SÜKUTUN SONA ÇATMASINA SƏBƏB OLAN ÜSUL: Koklear implant

Home/Xəbərlər/BÖYÜK SÜKUTUN SONA ÇATMASINA SƏBƏB OLAN ÜSUL: Koklear implant

BÖYÜK SÜKUTUN SONA ÇATMASINA SƏBƏB OLAN ÜSUL: Koklear implant

Hal hazırda Türkiyədə, demək olar ki, 3 milyondan artıq eşitmə qüsurlu insan yaşayır. Bəzilərində problem doğuşdan, bəzilərində isə sonradan yaranıb, simptomlar tədricən artmaqla, nəticədə insanın “böyük sükut” halına düşdüyünə gətirib çıxardı.

Lakin bu gün tibbdə olan nəaliyyətlər elə bir səviyyəyə çatıb ki, sükutu dayandırmaq imkanı, bəzi insanlar üçün isə eşitmək imkanı yaranıb.

Bu nəaliyyətlərə koklear implantlar da daxildir. ACIBADEM Bakırköy xəstəxanasının mütəxəssisi doktor Engin Çakmakçı izah etdi ki, bu üsul daxili qulaqda ilbiz zədələnmiş, lakin səs sinirində təbii keyfiyyətlər itməmiş olan xəstələr üçün tətbiq edilir. Bu cür insanlara eşitmə qabiliyyəti qaytarmaq, tam bir həyat bağışlamaq olar.

Birdən eşitmə qabiliyyətini itirmiş olsaydınız, nə hiss edərdiniz? Bir anlıq təsəvvür edin ki, qarşınızda şırııtılı çay axır, lakin siz nə onu nə də dayanıb söhbət edən insanları eşitmirsiniz. Yalnız maraqlı bir mənzərəni müzakirə edən insanların nə isə danışdıqlarını görürsünüz.

Işdə, ictimai həyatda bu cür insanlar “əlil” adlandırılır, yalnız Türkiyədə milyonlarla sakin eşitmə zəifliyindən əziyyət çəkir. Lakin indi həmin insanlarda ümid yaranıb – koklear implant. Onun köməyi ilə eşitmə probemi olan insanlar hətta telefonla da danışa bilər.

Eşitmə qabiliyyətinin bərpa üsulu haqqında ACIBADEM Bakırköy xəstəxanasının mütəxəssisi doktor Engin Çakmakçı danışır.

Üsul daxili qulaqda ilbiz zədələnmiş, lakin səs sinirində həyat qabiliyyəti itməmiş olan xəstələrə uyğundur. Siniri stimullaşdırmaq üçün elektrodlardan istifadə olunur və onlar ilbizə yerləşdirilir.
Koklear implant iki əsas hissədən ibarətdir: daxili (implantasiya olunan) və xarici (daşınan). Birincisinə radio qəbuledicisi, siqnal dekoderi və elektrodlar daxildir, onlar isə ilbizə yerləşdirilir. Elektrodlar implantın ən mürəkkəb və vacib komponentidir, məhz onlar eşitmə siniri ilə birbaşa əlaqəyə girirlər.

Cihazın xarici hissəsi səsləri elektrik impulslara çevirən mikrofon, mikroprosessor və radio ötürücüdür.

İmplant xarici səsləri toplayır və elektrod sistemi vasitəsilə eşitmə sinirinə ötürür. Mikrofon, səsləri tutaraq prosessor tərəfindən şifrələnən elektrik siqnallara çevirir. Radio dalğaları şəklində ortaya çıxan impulslar implantaya, oradan isə ilbizdə yerləşən elektrodlara daxil olur. Fəal eşitmə siniri elektrik siqnalları toplayır, beyinə ötürür və beləliklə eşitmə qabiliyyəti bərpa olunur.
Koklear implantı quraşdırmaq üçün, onun yerləşdirildiyi kamera normal vəziyyətdə olmalıdır. Bəzi uşaq xəstəlikləri yalnız eşitmə qabiliyyətinin itkisinə deyil, həm də ossifikasiyaya səbəb ola bilər ki, bu da cihazın istifadəsini mümkünsüz edir.

Eşitmə qabiliyyətinin, üstəlik də hər iki qulaqda itkisinin səbəbi meningit kimi ciddi bir xəstəlik ola bilər. Əgər problemi öyrəndikdən dərhal sonra koklear implantı istifadə edilmirsə, ilbizin daxili hissəsi sümükləşmiş olur və onun quraşdırılması üçün heç bir kanal olmur.

Doğuşdan eşitmə qüsurlu uşaqlar üçün cihazı vaxtında istifadə etmək də vacibdir: əgər ilk 5 ildə implant quraşdırılmırsa, onun bərpası ilə əlaqədar problemlər yaranır. Eyni zamanda eşitmə problemi olan uşaqda danışıq nitqi inkişaf etmir və beş ildən sonra prosesi həll etmək daha da çətin olacaq.

Tibbdə “post-linqvistik” eşitmə kimi bir termin var. Bu halda uşaq normal şəkildə inkişaf edir, danişmağa öyrənir, sonra isə eşitmə qabiliyyətini itirir. Buna səbəb meningitdən sonraki ağırlaşmalar, iltihab xəstəlikləri, antibiotiklərin düzgün istifadə etməməsi, baş travmaları ola bilər. Bu cür xəstələrə implantlar lazım ola bilər.

Eşitmə qabiliyyətinin itkisi uşaq xəstəlikləri səbəbindən yox, məsələn, şişlər səbəbindən olursa səs siniri beyindən çıxdığı zaman zədələndikdə implantlar kömək etməyəcək. Elektrodlar işləməyəcək, çünki səs sinirini stimullaşdırmaq mümkün deyil. Bu cür xəstələri müalicə etmək üçün digər üsullar tətbiq olunur.

Koklear implant eşitmə zəifliyi olan insanlara ətraf dünyanı eşitmək imkanı verən bir cihazdır. Üsul, Türkiyədə 1990-cı illərin ortalarında məhşur oldu. Bu gün bir çox xəstələr daimi olaraq təkmilləşdirilən koklear implantdan istifadə edir. Məsələn, əgər 1990-cı illərdə daxili qulağı stimullaşdırmaq üçün yalnız bir tezlik istifadə edilirdisə, indi tezliklərin sayı 24-ə çatıb.

 

Cochlear Implant texnologiyasında olan irəliləyiş eşitmə zəifliyi olan insanlara telefondan istifadə etməyə imkan verdi.

Bir çoxları maraqlanır ki, əməliyyatdan sonra telefonla nə zamandan sonra danışmaq olar? Birinci ayda səsləri eşitmək üçün ilk cəhdlər edilir, xarici hissə quraşdırılır. Bir aydan sonra, bütün bunlar eşitmə itkisinə gətirib çıxaran səbəblərdən asılıdır. Əvvəllər danışa bilən və eşitən xəstələr telefonu adətən 6 ay ərzində istifadə etməyə başlayırlar, lakin bu bacarıqlar heç vaxt olmayıbsa, proses bir az daha səbir və vaxt tələb edir.

Təcrübəli heyətin olması müalicə üçün həyati vacibdir. Audioloq, doğru diaqnoz qoymalı, cərrah təxminən 1,5 saat davam edən əməliyyatı uğurla yerinə yetirməlidir. Sonra isə terapiyanın effektivliyi və nitq təlimi audioloqdan asılıdır.

Audiovizual təlim davamlı olmalıdır, buna görə də əməkdaşlıq və ailə dəstəyi vacibdir. Əks təqdirdə, koklear implant olan bir çox xəstələr evə yazıla bilər, lakin istənilən nəticələr əldə edilməyə bilər
Cochlear Implant əlavəsi insanın tam həyat sürməsinə imkan verir: telefonla danışmaq, adi məktəbə getmək. Baxmayaraq ki, onlar əlil qalacaq, cihaz ali təhsil əldə etmək, xarici dilləri öyrənmək, musiqi alətlərdə çalmaq imkanı verir. Bir sözlə onlar sağlam insanın sahib olduğu hər bir şeyə sahib olur.