HPV haqqında bilməli olduğunuz hər şey

Home/Xəbərlər/HPV haqqında bilməli olduğunuz hər şey

HPV haqqında bilməli olduğunuz hər şey

HPV dəri və selikli membranlarda yaşayan geniş yayılmış bir virus qrupudur. Onlar cinsi təmas vasitəsi ilə ötürülür, ancaq bir yoluxmuş orqana toxunduğunuz zaman da yoluxmuş ola bilərsiniz. 200-dən çox HPV tipi var, onlardan təxminən 30u genital orqanların infeksiyasına səbəb ola bilər.

İnsan papillomavirusu nə qədər təhlükəlidir, servikal xərçəngə mütləq yol açar mı, HPV-yə necə yoluxa bilərik və əgər infeksiya bədənə daxil olarsa, müalicə edilə bilərmi və müalicə yolları nədir; bu və digər suallara ACIBADEM Atakent Universitetinin professoru, obstetrik-ginekoloq, onko-ginekoloq Mehmet Faruk Köse cavab verdi:

HPV nə qədər yayılmış bir virusdur?

HPV çox yaygın bir virus infeksiyasıdır. 10 qadından 8-zi bu xəstəliyə yoluxmuş ola bilər, ama virus özünü heç bir şekilde göstərmədən, bədəndən özü özünə yox ola bilər.

Hansı HPV növləri patoloji inkişafa səbəb ola bilər?

HPV- nin onkogen aktivliyi, risk dərəcələrinə bölünür. Xərçəngə səbəb ola bilən 15 növ HPV var.

Qeyd edim ki, bədəndə heç bir ziyil boşu-boşuna çıxmır, ona HPV səbəb olur. Bu ziyillərin 90 fayızı aşağı risk növləri – 6 və 11-dir. Yüksək risk növləri – 16 və 18, 70-80 fayizində onkologiyaya səbəb olur.

HPV infeksiyası mütləq xərçəngə səbəb olur mu?

Virus iltihablara səbəb olur. Xərçəng ehtimalına gəldikdə, risk təbii ki, var. Hər şeydən əvvəl, bu, bir çox uşaq doğan, immunodepressantlardan istifadə edən, həmçinin genetik meylli olan və siqaret çəkən qadınları əhatə edir.

Yüksək riskli HPV, yoluxmuş qadınlar arasında yalnız üçdə birində xərçəngə yol aça bilər. Xəstəliyin erkən mərhələdə müəyyənləşdirilməsi üçün HPV və PAP kimi testlər keçirilməlidir.

Virus necə ötürülür?

HPV-nin xəstə tərəfindən istifadə edilən əşyalara toxunma yolu ilə keçmə riski olmasına baxmayaraq, bu risk minimaldır; əsasən bu virus cinsi təmas yoluyla ötürülür. HPV virusu aktivliyini 37 dərəcədə belə itirmir.

Bu xəstəliyin bir çox daşıyıcısı kişilər arasında rastlanır.
Türkiyədə aparılan araşdırmaya görə, kişilərin 85% – zı evlilikdən əvvəl cinsi əlaqəyə girir. Qadınlar arasında isə bu rəqəm yalnız 10-15% -dir.

Güclü immun sistemi olan bədənə daxil olduqdan sonra, bu virusun xərçəngə çevirilməsi 15 ildən 20 ilədək davam edə bilər. İmmunitet zəifdirsə və lazımlı müalicə tətbiq olunmursa, onkologiyaya dönüşmə prosesi daha sürətlə gedir və 5-10 il ərzində xərçənq görünə bilər.

Xəstəlik necə keçir?

Virus, uşaqlıq boynunu pozur və cinsiyyət orqanlarının iltihabına səbəb olur. Bu iltihab əsasən özü özünə yox olur. Lakin bununla yanaşı, həkimə müraciət etməyi tələb edən bir sıra səbəblər də var.

Uşaqlıq boynu xərçəngi birdən-birə baş vermir, bir neçə prekanser vəziyyətdən sonra meydana cıxır. Prekanser vəziyyət dediyimizdə neyi nəzərdə tuturuq: CIN1 və CIN2 mərhələləri – asanlıqla müalicə edilə bilir. CIN3 mərhələsi daha çətin müalicə edilir, lakin hələ də uterusun (uşaqlığın) tamamilə deyil, zərər görmüş toxumaları aradan qaldırma ehtimalı var. Buna görə də, bir qadının sağlamlığı onun vaxtı vaxtında müayinələrdən keçməsindən asılıdır.

Uşaqlığın çıxartılması problemi həll edərmi?

Xeyr, çünkü uşaqlıq organını çıxartsaq da HPV virüsü bədəndə qaldığı üçün iltihab vaginada da meydana gələ bilər.

Peyvəndlər bu virusdan qoruyur mu?

Peyvəndlər HPV-yə qarşı mübarizənin əsas üsullarından biridir. Onların təhlükəsizliyini və effektivliyini təsdiq edən klinik araşdırmalar aparılıb. Peyvənd, xərçəngə səbəb olan HPV tip 16 və 18-dən qorunmağı təmin edin. Xarici bir maddə əldə etdikdən sonra, bədən mübarizə aparmaq üçün qoruyucu maddələr ifraz edir.

11-12 yaşlı uşaqların vaksinasiya edilməsi məsləhətdir. Standart peyvənd – müəyyən bir müddətdən sonra öz növbəsində tətbiq olunan 3 dozadan ibarətdir. Aparılan araşdırmlar göstərdi ki tətbiq edilən 3 dozadan sonra bədən effektiv şəkildə mudafiə olunur və təkrar vaksinasiyaya ehtiyac yoxdur.

Peyvəndlərin yan təsirləri varmı?

Ciddi yan təsiri görünməmişdir.
Vaksinasiya sahəsində kiçik bir səpmə görünə bilər, bəzən bir peyvənddən sonra yüngül bir ağrı, çox nadir hallarda baş dönməsi ilə müşayət oluna bilər.

Hamilələrə vaksinasiya etmək olarmı?

Məsləhət olunmur, ama artıq peyvənd tətbiq olundusa, bu hamiləliyin dayandırılması üçün bir səbəb deyil.