Robotlaşdırılmış cərrahiyə – xərcəngin müalicəsinin ən yeni mərhələsidir.

Home/Xəbərlər/Robotlaşdırılmış cərrahiyə – xərcəngin müalicəsinin ən yeni mərhələsidir.

Prostat xərçəngi (prostat vəzinin xərçəng şişliyi) geniş yayılmış onkoloji xəstəlik növlərindən biridir. Ən cox 50 və ondan yuxarı yaşlarda olan kişilərdə təsadüf olunur, qoca yaşlarda ölümlərin ən cox səbəblərindəndir.

 Ancaq təbabət yerində dayanmır – diaqnostika və müalicənin müasir vasitələri bu təhlükəli xəstəlik üzərində tezliklə qələbə qazanılacagına dair əsaslar verir. Bu tipli xərcəng xəstəliklərinin müalicəsi ücün vacib olan cərrahi prosedurların yerinə yetirilməsi ücün yeni robotlaşdırılmış texnika istifadə olunur. ACIBADEM – Adana klinikasının direktoru, həkim – uroloq, professor Bülent Soyupakın dediyi kimi, prostat xərcənginin robotlaşdırılmlş texniki vasitələrlə müalicəsi cox yaxşı nəticə verir.

Xəstəlik nə qədər tez aşkar olunarsa, bir o qədər ona qalib gəlmə şansı yüksəkdir.

Prostat vəzi kişilərin cinsiyyət sistemində vacib orqanlarından biridir. Təbiət tərəfindən onun  üzərinə sekresiya istehsalı, spermatazoidlərin yaşayış qabiliyyətinin və hərəkət aktivliyinin təmin edilməsi kimi vəzifələr qoyulmuşdur.

  Prostatın ondan kecən uretranın sıxışdırılması nəticəsində  xoşxassəli genişlənməsi – adenoma, sidik ifrazı ücün cətinliklər yaradır. Prostat vəzinin hüceyrələrindən inkiçaf edən bədxassəli prostat karsinoması da sidik ifrazı prosesinə bu şəkildə təsir göstərir. Alimlər bu günə qədər prostat vəzinin xərcəng xəstəliyinin yaranma səbəblərini izah edə bilmirlər. Bəziləri hesab edirlər ki, bədxassəli şişlik ancaq zədələnmiş vəzidə ola bilər, başqa tərəfin fikri isə odur ki, onun yaranmasına, orqanın işinə mane olan hüceyrə quruluşunda maneələr törədən xroniki xəstəliklər və sairə səbəb olur.

 Onkologiya hec nədən yaranmır, hər zaman onun inkişafı ücün ilkin şərtlər vardır:

  • Hormonal pozuntular – kişi cinsi orqanlarında konsentrasiyanın coxalması(testosteron, diqidrotestosteron, androstendion) vəzinin böyüməsinə,hüceyrələrin coxalmasına gətirib cıxarır ki, buna görə də prostat xərcəngi hormondan asılı şişlik hesab olunur.
  • Adenoma və başqa xoşxassəlilər, tipik olmayan hüceyrələrin,neoplazmaların inkişafına səbəb olur
  • Prostatit qan dövranının pozulmasına, kislorod catışmamazlıgına gətirib cıxarır.

 Şişliyin yaranmasına həmcinin imunitet orqanları və bakteriyalar səbəb olur,onların təsiri altında  hüceyrələrin inkişafına cavabdeh olan nüvənin qenetik aparatı dəyişir.

 Yuxarlda sadalanan xəstəliklər prostat xərcənginə oxşar simptomlara malikdir:

  • Cidik ifrazında cətinliklər
    • Sidik ifrazına tez tez getmələr
    • Agrı və yanma hiss etmək
    • Sidikdə qan olması
    • Kürək nahiyəsində, beldə, canaqda agrılar

 Bütün bu sadslanan əlamətlər ehtiyatlı olmaq, mütəxəssisə müraciət etmək ücün səbəb olmalıdır. Erkən diaqnostika SPA (Spesifik Prostatit Antigen)testi və rəqəmsal rektal müayinədən ibarətdir, problemi erkən aşkar etməyə və müalicəni başlamaga imkan verir. Professor Soyupakın da təsdiq etdiyi kimi SPA səviyyəsinin qiymətləndirilməsinə görə bədxassəli şişliyin olması və ya olmaması haqda dəqiq məlumat əldə etmək olur.

Dəqiqlik, keyfiyyət, effektivlik

Prostat vəzi xərcənginin operativ müalicəsi haqda qərar, prostat kifayət qədər böyümüşsə, pis fuksiya göstərirsə, sidik ifrazı ilə baglı ciddi cətinliklər yarananda qəbul edilir. Müalicə planının təşkili zamanı xəstənin yaşı,digər xəstəlikləri və xərçəngin hansı mərhələdə oldugu nəzərə alınır.

 Robotlaşdırılmş cərrahiyə texnikası cərrahiyyəni daha yeni mərhələyə cıxarmışdır. Onun köməyi ilə olunan əməliyyatlarda acıq laparoskopik cərrahiyyədə olan bütün üstünlüklər vardır. Təkmilləşdirilmiş, yüksək icazəli 3D vizualizasiya əməliyyat olunacaq sahənin dəqiq rəsmini alamaga imkan verir. Sistemin robot adlandırıldıgına baxmayaraq – bura cərrahi konsol, əməliyyat quraşdırması, vizualiyasiya sistemi, endoskopik manipulyator vasitələri daxildir- sistem əməliyyatı müstəqil olaraq aparmir, bütünlüklə cərrahın nəzarəti altında olur. Amma onda əllərin titrəməsi yoxdur, maksimal cəldlik var, dəqiqlik və fəaliyyətə nəzarət var və bu göstəricilər insanda oldugundan daha yüksəkdir.Bu kimi xüsusiyyətlər əsasən prostat vəzinin müalicəsi zamanı lazım olur ki, xərcəng şişliyini təmamilə cıxarmaqla yanaşı,eyni zamanda seksual və sidikqovucu funksiyalara cavab verən sinir və əzələlərin qorunması vacibdir.

Professor Soyupak robotlaşdırılmış cərrahiyyənin bu üstünlkülərinə əhəmiyyət verir:

  • Ölcüsünə görə minimal kəsiklər, yüksək dəqiqli vizualizasiya
    • Az həcmdə qan itgisi
    • Seksual funksiya ilə baglı sinirlərin və sidik saxlamamazlıgına nəzarət edən əzəzlələrin zədələnməsi riskinin minimuma endirilməsi
    • Əməliyyatdan sonrakı dövr qısalır, orqanizm tez bir zamanda bərpa olunur.

Bu kimi əməliyyatların səmərəliliyi cərrahın professionallıgından və sonrakı müalicədən asılıdır. ACIBADEM tibbi mərkəzlər şəbəkəsi artıq bütün dünyada tanınmışdır. Xəstələrə keyfiyyətli qulluq göstərilməsi, ideal qalma şərtləri sagalmaga yardım edir.