Sümük iliyi nəqli haqqında hansı məlumat vacib, zəruri və faydalıdır

Home/Ümumi/Sümük iliyi nəqli haqqında hansı məlumat vacib, zəruri və faydalıdır

Sümük iliyi nəqli haqqında hansı məlumat vacib, zəruri və faydalıdır

 

Hamımızın tez tez eşitdiyi “sümük iliyi transplantasiyası” əslində kök hüceyrə transplantasiyası adlandırılmalıdır. Çünki, əslində, kök hüceyrələr transplantasiya edilir, sümük iliyi isə sadəcə kök hüceyrələrin istehsal mənbəyidir. Kök hüceyrələrinin, pereferik və göbək bağı qanı kimi, böyük praktik əhəmiyyətə malik olduğu digər mənbələr də var.

Pediatrik hematoloji və onkoloji sahəsində tanınmış bir mütəxəssis, Sümük iliyi transplantasiyası pediatriya şöbəsinin və Acıbadem Adana Klinikasında Pediatrik Hematologiya və Onkologiya şöbəsinin müdiri, professor Bülent Antmen uşaqlarda sümük iliyi transplantasiyası proqramını ilk tətbiq edən həkimlərdən biridir. İdman fiziologiyası kafedrası ilə birlikdə, klinik tədqiqatlar zamanı hemofiliya xəstələrində xəstəliyin necə inkişaf etdiyini araşdırdı. Onun elmi işi axın sitometrisi və tromboz hemostazına həsr olunmuşdur və onun rəhbərliyi altında iki elmi layihə hazırlanmışdır. Birinci lahiyə, axın sitometrisinə həsr olunub və Universitet tərəfindən maliyyələşdirilmişdir, ikinci lahiyə isə – xərçəng hüceyrələrinin ortaya çıxması və sitotoksisitə həsr olunmuşdur və TÜBİTAK tərəfindən maliyyələşdirilmişdir.

Prof. Dr. Bülent Antmen, transplantasiya prosesi ilə əlaqədar bir sıra suallara cavab verməyə razı oldu:

Kök hüceyrə nəqli hansı xəstəliklərdə tətbiq olunur?

İlk növbədə bu qan xəstəlikləridir. Kök hüceyrə nəqlinin tətbiq olunduğu qan xəstəliklər arasında birinci pillədə lösemi (leykemiya) gəlir. Bədən digər müalicə tiplərinə cavab vermədikdə, sümük iliyi nəqlləri xəstəyi xilas etmək üçün tək çıxış yoludur. Nəql anı, kəskin lenfoblastoma, akut myeloblastomalı leykemiya və ya xroniki myeloblastomalı leykemiya kimi diaqnozlarla gəlir.
Aplastik anemiyada, sümük iliyinin hematopoetik funksiyası (qan istehsal funksiyası) tamamilə yox olduqda, xəstəni yalnız kök hüceyrə transplantasiyası xilas edə bilər. Bu ciddi xəstəlik anadangəlmə və ya viral infeksiyaya, kimyəvi maddələrə və bəzi dərmanlara məruz qalması nəticəsində də inkişaf edə bilər.

Sümük iliyi transplantasiyası, talassemiya, orak hüceyrə anemiyası və başqa nadir görülən qan xəstəliklərini müalicə etmək üçün yeganə yoldur.

Bu üsul bəzi xərçəng növləriylə də mübarizədə istifadə olunur. Bu, əsasən Hodgkin lenfoma və digər növ malign lenfomalardır. Kök hüceyrə transplantasiyası ilkin, yenilikçi müalicə metodu olaraq və həmçinin residiv vəziyyətlərində də istifadə olunur.

Kim bir sümük iliyi donoru ola bilər?

Kök hüceyrələrinin qaynaqları fərqli ola bilər. Kordon qan – plasenta və yenidoğanın göbək vərəsindən alınıb və bir donor qaynağı olaraq istifadə oluna bilər.
Növbəti seçim allojenik kök hüceyrəsi transplantasiyasıdır, xəstənin qohumları donor halına gəldikdə və ya donor, qohumu olmadıqda, lakin test nəticələri xəstə ilə uyğunluq göstərəndə tətbiq olunur.
Avtogen transplantasiya bəzən tətbiq olunur – xəstənin öz hüceyrələri transplant kimi istifadə olunur.
Əkizlər arasında hüceyrələr nəql edilərkən izogen transplantasiya olaraq adlandırılır. Bu növ, olduqca nadir hallarda, ama yenə də istifadə edilən bir nəql üsuludur.

 

Donor üçün hüceyrə toplama proseduru nə qədər təhlükəlidir?

Donor üçün kök hüceyrələrinin götürülməsi heç bir təhlükə təşkil etmir. Prosedurdan əvvəl, donora hərtərəfli müayinə keçirilir, hüceyrələrin toplanmasından iki həftə sonra sümük iliyi tam bərpa olunur. Yalnız kiçik bir yaş məhdudiyyətləri mövcuddur: 2 yaşadək uşaqlar və 60-dan yuxarı yetkinlər donor olaraq qəbul edilmir.

 

Transplantasiya prosesi necə həyata keçirilir?

Əvvəlcə xəstə hazırlanır, yeni hüceyrələr üçün bir yer boşaldılır. Bu proses yeni məhsuldan əvvəl əkin üçün torpağın təmizlənməsi ilə müqayisə edilə bilər: yabanı otların yığışdırılması kimi bədəndəki köhnə kök hüceyrələr də dərman vasitəsi ilə yox edilir və yeni sağlıqlı hüceyrələr üçün yer açılır. Bu proses bitməsinə 7-8 gün qala donorun sümük iliyi toplanır və dondurularaq hazır hala gətirilir.

Yeni kök hüceyrələrinin tətbiqi qan transferi ilə eyni üslubda, intravenöz olaraq həyata keçirilir. Prosedur üçün Hickman kateter istifadə olunur – boyundakı böyük damara yerləşdirilir və ürəyə birbaşa transfer edilir, yəni kardiyovaskulyar dövran sisteminə doğrudan daxil olunur. Buraya daxil olan hüceyrələr sümük iliyindən azad olan bölgələri seçir və yeni, sağlam qan hüceyrələrini istehsal etməyə başlayır. Bu proses əkin və bərəkətli torpaqda toxumların yaşıllanmasına bənzəyir.

 

Sümük iliyi nəqli nəticəsində nədir?

Yaxşılaşma dövrü. Kök hüceyrələrinin bədənə daxil olunduqdan sonra ilk 14 gün ən vacib dövrdür. Bu dövrə – kritik dövr deyilir, çünki tam bu 14 gündə yeni hüceyrələr qəbul və ya rədd ediləcəyi aydın olur. Reproduktiv prosesi baş verirsə, transplantasiya müvəffəqiyyətlə tamamlanıb deməkdir.

Xəstəni müxtəlif növ infeksionlardan qorumaq üçün – (xüsusi preparatların istifadə edilməsi ilə immunitet sistemi zəif düşür), təxminən 30-40 gün ərzində təcrid olunmuş, steril bir otaqda yerləşdirilir. Sadəcə qan parametrləri istənilən dəyərlərə çatdıqdan sonra, yəni müəyyən bir miqdarda qırmızı və ağ qan hüceyrələri və trombositlər meydana gəlib və bədəndə heç bir infeksiya aşkarlanmaz isə xəstə normal otağa köçürülə bilər.

Burada, həkimlərin nəzarəti altında, bir ay yarım və ya iki ay qalmaq lazımdır. Hər şey, xəstənin fiziki vəziyyətinə bağlıdır. Amma Xəstə Xəstəxanadan çıxdıqdan sonra da, ağırlaşmaların baş verməməsi üçün bir il içində lazımlı dərman qəbul etməli və klinikada yoxlanılmalıdır.