Müalicə texnologiyaları

Home/Texnologiyalar/Müalicə texnologiyaları

Müalicə texnologiyaları

Davinci2Da Vinci  – da Vinçi robotu NASA tərəfindən kosmosda kosmonavtların əməliyyat edilməsini həyata keçirmək üçün yaradılmışdır. Üçölçülü təsvirlə kombinə edilmiş mikrokəsiklər hətta ən çətin əməliyyatları belə asanlıqla həyata keçirməyə imkan verir. O, əməliyyat zonasından kənarda konsol arxasında əyləşən cərrah tərəfindən idarə edilir. Da Vinçi bir çox sahələrdə, əsasən də urologiyada, ürək-damar, qulaq-boğaz-burun, ginekologiya və ümumi cərrahiyyədə istifadə edilir.

Əməliyyat zamanı cərrah əməliyyatı aralı məsafədən idarə edir. Xırda kəsiklər vasitəsi ilə cərrah əməliyyatın keçirilməsi üçün zəruri olan alətləri daxil edir. “Da Vinçi” robotu altı istiqamətdə hərəkət edən və 540 dərəcə fırlana bilən dörd əllə təchiz edilmişdir. Əllərin birində əməliyyat sahəsindən təsvirləri ötürən kamera yerləşdirilib. Digər iki əl real zaman axarında və yüksək dəqiqliklə cərrahın etdiyi hərəkətləri təkrar edirlər ki, bu da əməliyyat zamanı yüksək dəqiqliyi təmin edir və  beləliklə də optimal kliniki nəticələrin əldə olunması təmin olunur. Sistemin dördüncü əli cərrahın köməkçisi funksiyasını həyata keçirir. Da Vinçi sistemi həmçinin nəzarət və icmal sistemləri ilə təchiz edilmişdir ki, onlar cərraha əməliyyat zamanı robotun əllərinə nəzarət etmək imkanı yaradırlar.

TrilogyTrilogy – trilogiya: xətti sürətləndirici radioterapiyanın üç ayrı mexanizmindən ibarətdir: vizual nəzarətlə olan şüa terapiyası qurğusu (İGRT), modelləşdirilmiş intensivliklə olan şüa terapiyası (İMRT) və radiocərrahiyyənin stereotaksik şüa terapiyası / stereotaksik radiocərrahiyyə (SRT/SRC). O, diaqnostika və müalicə üçün istifadə edilir və xəstəyə əhəmiyyətli üstünlüklər təqdim edir. Modelləşdirilmiş intensivliklə olan şüa terapiyası qurğusu radiasiyanı demək olar ki, intensivliyin ideal köklənməsi ilə müalicə zonasına istiqamətləndirməyə imkan yaradır. Yüksək dozalar şişə doğru yönəldilir, hansı ki, bu zaman sağlam toxumalar maksimal dərəcədə qorunan vəziyyətdə qalır. Stereotaksik şüa cərrahiyyəsi / stereotaksik radiocərrahiyyə texnologiyasında nöqtəli radioterapiyadan istifadə edilir.

RapidarcRapidarc – rapidark: xərçəngin müalicəsi üçün olan müasir qurğudur ki, eləcə də şüalanma həcminin modelləşdirilməsi ilə olan rotasiyalı terapiya kimi də tanınmışdır. Videoidarəetmə ilə olan sistem və radioterapiyanın müddətinin 15-30 dəqiqədən 2 dəqiqəyə qədər endirilməsi sayəsində “Rapidarc” müalicədə daha çox rahatlıq və komfortu təmin edir. Digər qurğulardan fərqli olaraq burada radiasiya xəstənin ətrafında fırlanma hərəkəti ilə şüalana bilər. Beləliklə, müalicə tezliklə yekunlaşır və xəstənin yerdəyişməsinə lüzum qalmır. Xətti sürətləndirici (LİNAC) olan “Rapidarc” sayəsində vizual nəzarətlə şüa terapiyası (İGRT) müddəti iki dəqiqəyə qədər azalır, masada qalma müddəti də 2 dəqiqə sonra başa çatır. Bu bütün prosesi 4 dəqiqə ərzində yerinə yetirməyə imkan verir. Beləliklə, ənənəvi metodlardan istifadə etməklə, adətən 30-45 dəqiqə sürən terapiya prosedurası cəmi 4 dəqiqə ərzində yerinə yetirilir.

CyberknifeCyber-knife  (kiber bıçaq) – dünyada ilk və yeganə robotlaşdırılmış radiocərrahiyyə sistemidir ki, bütün bədəndə xərçəngin bir millimetrdən də az olan dəqiqliklə müalicəsini tənzimləməyə imkan verir. Robotlaşdırılmış manipulyatorunun  fokuslanması effekti xətti sürətləndiricinin fəzada yerdəyişməsi sayəsində yaradılır. Bu qurğu real zaman rejimində bədən vəziyyətindəki dəyişiklikləri izləməyə və avtomatik olaraq şüalanmanın istiqamətində korrektə etməyə imkan verir. Belə xüsusiyyət bədənin istənilən nahiyəsində olan şişə,  nümunəsi olmayan giriş-çıxış imkanını təmin edir. Qurğu bel və baş beynində, fəğərədə, ağciyərlərdə, prostat və mədəaltı vəzdə, qaraciyərdə, böyrəklərdə və digər nahiyələrdə lokallaşdırılan istər bədxassəli, istərsə də xoşxassəli şüşlərin müalicəsi üçün istifadə edilir.

Gammaknife1Gamma-knife (qamma bıçaq)  –  özünü elmi-sübuti uğurla radiocərrahiyyə texnikası kimi göstərmişdir, beyin şişlərinin qeyri-cərrahi müalicəsi üçün istifadə edilir. Qamma bıçaq beyin şişlərini qansız və sürətli üsulla, mürəkkəb və riskli cərrahi müdaxilələr istisna edilməklə müalicə edir. Anesteziyaya ehtiyac qalmır, əməliyyat iki saatdan bir neçə saata qədər davam edir və xəstə elə həmin gündə də evinə geri dönə bilər..

LIAC – intraəməliyyat şüa terapiyasıdır ki, intraəməliyyat şüa terapiyası metodu ilə bir dozanın tətbiq edilməsi, ənənəvi şüa terapiyası halında olduğu kimi xətti sürətləndiricidən istifadə etməklə yerinə yetirilir. LiacBelə metod zamanı prosedura ancaq elektron şüalar istehsal edən, heyətin yüksək dərəcədə müdafiə edilməsinə ehtiyacı olmayan etibarlı portativ aparatlarla, misal üçün, ənənəvi xətti sürətləndiricilərin istifadəsi ilə olduğu kimi təchiz edilmiş əməliyyat otağında  keçirilir. Əməliyyatı həyata keçirən cərrahlar qrupu ilə birlikdə əməliyyat otağında həmçinin radiasiyalı onkologiya üzrə mütəxəssis və tibbi fizika üzrə mütəxəssis də olur. Beləliklə, şüa terapiyası cərrahi əməliyyat prosesində yekunlaşdırılır. Cərrahi müdaxilədən sonra yaranın sağalması üçün zəruri olan müddət, raditerapiyanın planlaşdırılması və müalicə üçün hər gün xəstəxanaya getmək zərurətinin olmaması xəstə üçün mühüm üstünlüklər verir. Beləliklə müalicənin ümumi müddəti qısalmış olur.


TRUEBEAM STx
 –  xərçəngin müalicəsi zamanı istifadə edilən ən texnoloji və müasir qurğudur ki, o, süzgəcdən keçməyən şüaların bərabərləşdirilməsi funksiyası ilə müalicəni təmin edir, bu da şüalara sağlamlığa zərər vermədən şişə tezliklə yetişmək imkanı yaradır. TrueBeamBu aparatın ən mühüm xüsusiyyəti qurğunun gözəl kombinasiyasıdır ki, o, öz məhsuldarlığı həddində, misal üçün, İMRT, İGRT, Gated RT, Rapidarc, SRS və SBRT kimi müasir şüa terapiyası metodlarını birləşdirir. Beləliklə, son illərin bütün yeni şüa terapiyası metodları vahid bir qurğuda birləşdirilir və bunun nəticəsi olaraq müalicə daha sürətli, təhlükəsiz və daha səmərəli müalicə üçün süzgəcdən keçməyən şüa funksiyası vasitəsi ilə təmin edilir. Digər daha az əhəmiyyətli olmayan bir xüsusiyyəti onun 0,5 mm-dən az olan dəqiqliyidir. Aparat, maksimal dəqiqliklə  hədəfi müəyyən edir və şüalanmanı kifayət qədər qısa müddətdə birbaşa şişə doğru yönəldir. Müalicə seansının davamiyyəti 4-8 dəfə azalır ki, bu xəstənin müalicə zamanı fiksə edilmiş vəziyyətdə qalması müddətini azaltmağa imkan verir. Beləliklə, bədənin hərəkət ehtimalı ilə olan qüsur, şişin şüalanması zamanı minimuma endirilir.