Müasir diaqnostika

Home/Texnologiyalar/Müasir diaqnostika

Press Pictures: Copyright

Müasir diaqnostika    

Flash CТ – ani KT dünyada ən aşağı radiasiya şüalanması ilə olan ən sürətli tomoqrafdır. O, praktiki olaraq, bədənin istənilən hissəsinin, xüsusən də ürək və ağciyərlər nahiyəsinin təsvirlərini təqdim edə bilər. Onun aşağı dozalı radiasiya səviyyəsi ilə sürətlə təsvirlər vermək bacarığı istifadəsini, xüsusən də ürək fəaliyyətinin kompleks ekspress-müayinəsinin asanlıqla aparılmasına dəstək verir. Bütün bədənin tomoqrafiyası dörd saniyə sonra, ürəyin angioqraması isə 0,25 saniyə sonra əldə edilə bilər. Ağ ciyərlərin təsviri nəfəsi saxlamağa ehtiyac olmadan 0,6 saniyə ərzində həyata keçirilir. Xəstənin hərəkət sərbəstliyi və vizuallaşma üçün gərəkli olan müddətin qısa olması pediatriya xəstələrinə, eləcə də artıq çəkisi olan xəstələrə əhəmiyyətli üstünlüklər verir.

Pet-CTPET CT – PET KT (kompüter tomoqrafiyası ilə birlikdə pozitron-emissiya tomoqrafiyası) indiki zamanda ən səmərəli texniki vizuallaşma üsullarından biridir. O xüsusilə onkologiyada şiş metastazalarının aşkar edilməsi, radioterapiyanın planlaşdırılması, terapevtik reaksiyanın qiymətləndirilməsi və bəzi hallarda isə mövcud kütlənin bədxassəli və ya xoşxassəli olmasının müəyyən edilməsi məqsədi ilə istifadə edilir.  PET CT insan bədənində maddələr mübadiləsi səviyyəsində orqanların və toxumaların funksiyalarını göstərən PET (pozitron-emissiya tomoqrafiyası) və ətraflı anatomik məlumatlar təqdim edə biləcək KT (kompüter tomoqrafiyası) qüvvələrinin birləşməsi nəticəsində əmələ gəlmişdir. O təkcə onkologiya sahəsində deyil, həmçinin epilepsiya fokusunun müəyyən edilməsi; Alsgeymer xəstəliyi və ürək tutmasından sonra canlı toxumaların mövcud olmasının müayinə edilməsi kimi nevroloji təzahürlər zamanı mühüm rol oynayır.

MRIİntraəməliyyat MRT 3 Tesla –   vizuallaşmanın müasir qurğusi, hansı ki  istər bütün bədənin vizuallaşması, istər də əməliyyat zamanı yerində vizuallaşma üçün istifadə edilə bilər. Onun sürəti cərrahlara baş beyində əməliyyat zamanı şişin götürülməsində kömək edir. Onun əməliyyat zamanı yerində təsvirləri sürətlə əks etdirmək bacarığı xəstəni oyatmadan və ya əməliyyat sahəsinə əlavə tikişlər qoymadan steril şəraitdə lazım olan nahiyyənin yoxlanılmasını mümkün edir. Bu cərraha çətin əl çatan sahələrdə şişin ölçüsü və yerləşməsini müəyyən etməyə imkan yaradır. Nəzərə alınsa ki,  şişlərin tamlıqla götürülməməsi, funksional zonaların zədələnməsi və düzgün olmayan zonalarda əməliyyatın aparılması kimi təhlükələr aradan qaldırılır, həmçinin təkrar əməliyyatların keçirilməsi ehtiyacı da yox olur.

mamografiTomosintezlə rəqəmsal mammoqrafiya –  əməliyyat keçirilən zaman əla keyfiyyətdə ikiölçülü və üçölçülü təsvir verən mammoqrafdır. İkiölçülü və üçölçülü çoxqatlı tomosintez təsviri sayəsində xərçəngin erkən diaqnostikası mərhələsində novatorluq imkanları yaradır.