Check Up

Check Up

check-up

 

Acıbadəm klinikalarında Check-up fərdi tibbi nəzarət proqramlarının köməkliyi ilə xəstəliklər təhlükəsini minimallaşdırın.

Check-up nədən ibarətdir?

Check-up (orqanizmin tam tibbi müayinəsi və diaqnostikası) – bu sağlamlığından şikayəti olmayan insanlar üçün olan xidmətdir ki, həmin xidmət onlara müəyyən xəstəliklərin nəzarətdə saxlanması və erkən diaqnostika edilməsi üçün imkan yaradır.

Check-up nə üçün zəruridir?

check-up2Mümkündür ki, siz hesab edirsiniz ki, əgər sağlamsınızsa, xəstəxanaya getməyə, həkimə baxdırmağa və ya təhlillər verməyə ehtiyac yoxdur. Lakin sağlamlıq üçün bir çox təhlükələr mövcuddur ki, onlarla sizlərdən hər biri rastlaşa bilər. Siz və Sizin yaxınlarınızın üzləşə biləcəyi müxtəlif amillər sizin sağlamlığınız üçün təhlükəni müəyyən edə bilər – bu zərərli vərdişlərdən başlayaraq genetik irsiyyətə qədər (misal üçün, diabetdən, ürək xəstəliyi və onkoloji xəstəliklərdən əziyyət çəkən ailə üzvləri) ola bilər. Məhz buna görə check-up xəstəliklərin erkən diaqnostikasında mühüm rol oynayır. Bir neçə saat vaxtınızı check-up üçün sərf etməklə siz sağlamlığınıza aid zəruri olan bütün məlumatları əldə edə və ciddi xəstəliklərin yarana bilməsinin qarşısını ala bilərsiniz.

Check-up proqramlarından hansı məhz Sizin üçün uyğundur?

Acıbadəm standart check-up proqramları təklif edir ki, burada fərq yaşda və insanın cinsindən asılıdır. Proqramlar həmçinin sizin həyat tərzinizi, şəxsi xüsusiyyətlərinizi və genetik meyllənmələrinizi nəzərdən keçirir və təhlil edir. Əldə edilən nəticələr Sizin hansı təhlükələrlə üzləşə biləcəyinizi göstərir və sizin üçün təyin edilən check-up proqramı həmin amillərin nəzərə alınması ilə aparılacaqdır. Check-up Sizin üçün mümkün xəstəliklərin qarşısının alınması və nə qədər ki, ciddi xəstəliklərə keçməyiblər –  yüngül narahatlıqların müalicə edilməsi imkanlarını təmin edəcəkdir.

Klinikada hansı check-up proqram növləri təmsil edilmişdir?

1.Korporativ

Sənədli olaraq sübut edilmişdir ki, işçilərin fiziki və psixoloji vəziyyətləri şirkətin ümumi uğuruna əhəmiyyətli dərəcədə təsir göstərir. Məhz buna görə Acıbadəm şirkətlərlə əməkdaşlıq şəraitində korporativ check-up proqramları təklif edir. Həmin proqramlara menecerlərə, şirkət əməkdaşlarına və yeni çalışmağa başlayan işçilərə yönəlik xüsusi xidmətlər daxildir.

2.Standart və ya fərdi

Standart check-up proqramlarına əlavə olaraq yaş və cinsə əsaslanmaqla hər bir xəstənin üzləşə biləcəyi sağlamlıq üçün olan təhlükələri nəzərə alan tibbi ekspress müayinənin fərdi kompleks proqramları yaradılmışdır.

3.İdman

İdmançıların iş qabiliyyəti səviyyəsinin saxlanması üçün əhəmiyyətli amillərdən biri də mütəmadi tibbi baxışlardan keçmələridir.  Nəticələr əsasında həyata keçirilən profilaktik tədbirlər idmançının zədələnmə təhlükəsinin qarşısını alır. Idmançılar üçün, onların təlabatlarından irəli gələrək müxtəlif check-up proqramları təklif edilir.

Acıbadəmdə check-up keçməyin üstünlükləri nədən ibarətdir?

  • Tibb sahəsində ən yeni çalışmaları və tədqiqatları ciddi şəkildə izləyən təcrübəli mütəxəssislər komandası.
  • Xəstəxanalar JCİ akkreditasiya ilə təmin edilib ki, bu da “yüksək keyfiyyətli səhiyyə” anlayışının sinonimidir.
  • Acibadem LabMed – Türkiyədə yeganə İSO 15189 sertifikatına malik laboratoriyadır.
  • Check-up nəticələri fərdi olaraq qiymətləndirilir.
  • Check-up zərfinə daxil edilmiş xidmətləri müxtəlif Acıbadəm klinikalarında əldə etmək olar.
  • Tədqiqatlar, qan təhlilləri və EKQ check-up üçün ayrılmış olan xüsusi otaqlarda aparılır.
  • Zərurət yarandıqda xaricdən olan xəstələrə pulsuz tərcüməçi xidmətləri təqdim edilir.
  • Check-up nəticələri və həkim hesabatı rəqəmsal daşıyıcılara qeyd edilir.
  • Yoxlamadan keçən xəstələri koordinatorlar müşayiət edirlər.
  • Xəstələr check-up nəticələrini Acıbadəm qrupunun bütün klinika və mərkəzlərindən əldə edə bilərlər.
  • Check-up şöbələrində fərdi VİP istirahət otaqları mövcuddur.

Check-up nəticələrini gözləyərkən Siz edə bilərsiniz:

  • Öz e-poçtunuzu yoxlamaq üçün internetdən istifadə.
  • Tv-yə baxmaq, qəzet və jurnalları oxumaqla xəbərlərdən xəbərdar olmaq.
  • Nəticələr üçün nümunələrin götürülməsindən sonra təqdim edilən səhər yeməyi, pulsuz qida və içkilər xəstələrin rahatlığını təmin edəcək.

Bütün gözləntilərdən öndə gedən xarici pasiyentlər üçün beynəlxalq xidmətlər:

Acıbadəmin xarici pasiyentlər üçün olan Beynəlxalq Mərkəzi, “universal” servis mərkəzi kimi yaradılmaqla, sizin sorğunuz daxil olduğu andan başlayaraq vətəninizə geri dönənə qədər səhiyyə xidmətlərini təklif edir. Bu mərkəz tibbi məlumatın əldə edilməsi, istiqamətləndirmə və qeydiyyat üçün başlanğıc məntəqədir.

Xarici xəstələr üçün Beynəlxalq Mərkəzin sürətlə genişlənməkdə olan komandasına xəstələrə və həkimlərə xidmət göstərilməsi üzrə mütəxəssislər daxildir. Bu komanda öz işinin ustası olan peşəkarların komandasıdır ki, o, istək və arzularından asılı olaraq xarici xəstələrə “səhiyyə səfərləri” təşkil edir.

Siz ölkə xaricində olan klinikaya getməkdən narahat olursunuz?

  • Həkimlərin onlayn məsləhətləri və xərclərin hesablanması
  • Həkimlə məsləhətləşmənin planlaşdırılması (əməliyyatdan əvvəl və sonrakı qiymətlənidrmə)
  • Xəstəxanaya yerləşdirmə və çıxışda yardımın göstərilməsi
  • Dil tərcümələrində köməyin göstərilməsi
  • Hava limanından qarşılamanın təşkili
  • Tibbi məslətələşmələrə və proseduralara getmə/gəlmənin təşkili
  • Mehmanxanada yerləşdirilmənin təşkili
  • Burada olduğunuz zaman ərzində müşayət edilmə
  • Yerli və beynəlxalq tibbi sığorta ilə yardımın göstərilməsi
  • Sonrakı həkim müşahidəsi
  • Görməli yerlərlə tanışlıq üçün ekskursiyaların təşkilində köməklik