Ginekologiya

Ginekologiya

urology-man-woman

 

Ginekoloji xəstəliklərin profilaktikası, vaxtında diaqnostika və zamanında müalicə – bunlar hər bir qadın üçün olduqca mühümdür. Səmərəli diaqnostika metodları və təcrübəli həkimlər sayəsində Acıbadəm klinikalarında hətta ən mürəkkəb ginekoloji xəstəliklərin belə öhdəsindən gəlirlər;

  • 5654657 (7)Yumurtalıqların və uşaqlığın şişləri/ iltihabı
  • Cinsiyyət sisteminin funksional-morfoloji pozuntuları
  • Hormonal pozuntular
  • Cinsiyyət sisteminin yoluxmaları
  • Sidik-cinsiyyət sistemi orqanlarında yeni törəmələr
  • sonsuzluq
  • uşaq ginekologiyası

Bütün əməliyyatlar endoskopik və ya minimal invaziv (laparo – və ya robotoskopik) metodlarla həyata keçirilir.

Onkoloji ginekologiya

Statistika göstərir ki, qadınlarda onkoloji xəstəliklər sırasında uşaqlığın xərçəngi ilk yerlərdən birini əminliklə saxlayır. Hər şeyə səbəb uşaqlığın, uşaqlıq boynunun, yumurtalıqların, vulva və uşaqlıq yolunun bədxassəli şişinin əmələ gəlməsinə yol açan təhlükə amillərinin artmaqda olan sayıdır.

Xərçəngə qarşı mübarizədə həlledici rolu erkən və dəqiq diaqnostika oynayır.

İstifadə edilən diaqnostika metodları:

  • Kolposkopiya, qisteroskopiya, USM, KT, MRT və s.
  • Yüksək etibarlılıq dərəcəsi ilə bütün analiz növləri (Acıbadəm laboratoriyaları “İSO 15189” sertifikatlıdırlar)

Orqanqoruyucu müalicə metodları:

  • Laparoskopik cərrahiyyə
  • Robot cərrahiyyəsi (Da Vinçi)
  • Radioterapiya, kimya terapiyası (CyberKnife, TrueBeam, Rapid Arc)
  • Yumurtalıqların kriokonservasiyası

Yumurtalıqların kriokonservasiyası – kriokonservasiya yolu ilə yumurtalıq toxumalarının qorunub saxlanmasıdır ki, bu qadınlara xərçəngdən müalicə kursu keçdikdən sonra da uşaq dünyaya gətirmək funksiyasını qoruyub saxlama imkanı verir.

Reproduktiv texnologiyalar və İVF

urology-womanHesab edilir ki, hər yeddi ailə cütlüyündən biri sonsuzluq problemi ilə üzləşir. Sonsuzluq problemi ər-arvadın hər birinə dərin psixoloji və sosial təsir göstərir.

Yardımçı reproduktiv texnologiyaların müasir metodikası əksər cütlüklərə valideyn ola bilmək xöşbəxtliyini əldə etməyə yardım edir.

  • 9 İVF mərkəz
  • İVF + İCSİ
  • İmplantasiya öncəsi genetik diaqnostika (İGD)
  • Mikro-TESE (mikro-TESE)
  • Sonsuzluğun cərrahiyyəsi
  • Embrionların kriokonservasiyası

Doğuşlar

Acıbadəmdə doğuş – bu Aralıq dənizi anturajı, beşulduzlu otel səviyyəsində palata, son dərəcə yüksək səviyyədə hazırlıq görmüş klinika heyətidir.

Həkimlərimizin çoxillik təcrübəsi böyük ölçüdə təhlükələrlə müşayiət edilən ən ağır doğuşları belə qəbul etməyə imkan verir. Ana və yeni doğulan körpənin həyatlarının qorunması üzrə nizama salınmış proqram sayəsində, mütləq çoxluq hallarında patoloji doğuşlar zamanı faciəli sonluqlardan uzaq qaçmaq mümkün olmuşdur.

  • Yüksək təhlükəli hamiləlik üçün xüsusi kompleks proqram
  • Perinatalogiya şöbəsi
  • Göbək qanı və kök hüceyrələri bankı
  • Fərdi palata
  • Tam məxfilik

İntim plastika

Kist2Hazırda qadınların əksəriyyəti təkcə işdə, karyerada deyil, həm də seksual planda da uğurlu olmaq istəyirlər. Axı bu onlara təbiət tərəfindən verilən təbii fizioloji vəziyyətdir. İntim plastikanın əsas vəzifəsi qadının təbii fizioloji vəziyyəti, seksual münasibətlərin ahəngliliyi, əzələ tonusunun bərpası və seksual həzzin artmasıdır.

Qadınların əksəriyyətində 40 yaşından sonra, bəzilərində isə bundan da əvvəlki yaşda uşaqlıq yolu divarlarının enməsi, çanaq dibi əzələlərinin təkrar dartılması və ağır fiziki yükləmələr və ya doğuşlardan sonra əzələlərin qopması baş verir. Bu əvvəlcə cinsi qeyri-məmnunluğun başlamasına, uşaqlığın enməsinə və sidik kisəsi və bağırsağın ciddi problemlərinə gətirib çıxarır. Öz cəlbediciliyinə olan şübhələr ona səbəb olur ki, qadın öz bədənindən utanmağa başlayır. Və nəticədə onun şəxsi həyatında ciddi problemləır başlaya bilər.

Acıbadəm klinikalarında istənilən səviyyəli mürəkkəbliyi olan əməliyyatlar aparılır:

  • Klitorun plastikası
  • Uşaqlıq yolunun plastikası
  • Cinsiyyət dodaqlarının korreksiyası
  • Himenoplastika
  • Deflorasiya
  • Rekonstruktiv əməliyyatlar
  • Xoşxassəli şişlərin götürülməsi

Mammologiya

Süd vəzinin xərçəngi qadınlarda olan onkoloji xəstəliklər arasında birinci yeri tutur. Yaşın artması ilə təhlükə dərəcəsi də artır. Zamanında müayinədən keçmə qadına sinəsini sağlam və gözəl saxlamağa kömək edəcək.

Acıbadəm mammologiya şöbəsi radiologiya, tibbi onkologiya, plastik cərrahiyyə və nüvə tibbi şöbələri ilə sıx əməkdaşlıq şəraitində süd vəzi xəstəliklərinin müalicəsində multidissiplinar yanaşma təklif edir.

Diaqnostika və müalicənin istifadə edilən metodları:

  • Tomosintez ilə 3D mammoqrafiya
  • 4D USM
  • Vakuum biopsiya və MRT
  • LIAC – intraəməliyyat şüa terapiyası