Diaqnostika və müalicə

Diaqnostika və müalicə

Diagnosis-and-Treatment-Methods

 

Acıbadəmdə xüsusi əhəmiyyət ürək-damar xəstəliklərinin diaqnostika və müalicəsinin texnoloji vasitələrinə və müasir cihazlarına verilir. Bu kardiologiyada və ürək-damar cərrahiyyəsində müvəffəqiyyət göstəricilərini artırır. İlkin diaqnostikanın həyatı xilas etməsini qeyd etməklə Acıbadəm ilkin və dəqiq diaqnostikanın əhəmiyyətinə diqqət çəkir. Məhz buna görə qabaqcıl texnologiya ilə olan diaqnostika cihazları ürək xəstəliklərinin müalicəsi üzrə Acıbadəm mərkəzləri üçün olduqca mühümdür.

heart-2Diaqnostikada istifadə edilən cihazlar arasında: 2 şüalanma mənbəli 2×64-bölməli kompüter tomoqrafiyası, hansı ki, 6 saniyə ərzində angioplastikanı yerinə yetirə bilər, pozitron emissiya kompüter tomoqrafiyası – ürəyə ətraflı şəkildə baxmağa imkan verir və ani kompüter tomoqrafiyası – dünyada ən aşağı səviyyəli şüalanma ilə ən sürətli tomoqrafiya qurğusudur ki, o ürəkdə angioplastikanı 0,25 saniyə rəzində yerinə yetirə bilir.

Diaqnostika metodları:

  • Elektrokardioqrafiya (EKQ) – bu ürəyin elektrik fəallığını qeyd edən elə bir qurğudur ki, ürək əzələlərini və onun necə fəaliyyət göstərməsini yoxlayır.
  • Exokardioqrafiya  –  bu diaqnostika və müayinə alətidir ki, ultrasəs dalğalarının köməkliyi ilə ürəyin strukturunu, patologiyası və funksiyasını tədqiq etməyə imkan verir.
  • Xolter monitoru xəstənin ürək ritminə və ya qan təzyiqinə nəzarət edilməsi üçün tətbiq edilir. EKQ və qan təzyiqi qeydləri üçün tətbiq edilən, mobil telefon ölçüsündə olan ayrı-ayrı cihazlar mövcuddur. Bu cihazlar adətən, 24 saat müddətinə və ya daha uzun müddətə xəstənin bədəninə birləşdirilir. Cihaz daimi olaraq ürək ritmi və qan təzyiqini ölçür.
  • Transtelefon monitoru –  Xolter qurğusunun analoqu olan qeydiyyat qurğusudur ki, ürək funksiyasına nəzarət edilməsi üçün xəstənin bədəninə bərkidilir.
  • Stress exokardioqrafiyası – ağır ürək-damar xəstəliklərinin diaqnostikası üçün tətbiq edilməsinə üstünlük verilən metoddur. Miokard sintiqrafiyası ilə müqayisədə daha az bahalıdır, o daha az zaman alır və ürək funksiyası haqqında daha çox məlumat təqdim edir.
  • Miokard sintiqrafiyası iki müxtəlif vəziyyətdə ürəkdə qanın artması barəsində məlumat təqdim edir ki, onlardan biri stress (misal üçün, fiziki yükləmə), digəri isə sakitlik vəziyyətində olur.
  • Flash КТ – diaqnostikanın radioloji metodur ki, o, rentgen şüalarının tətbiq edilməsi ilə tədqiq edilən nahiyədə bölmələrin təsvirini yaradır. Bu zaman ürək 250 millisaniyə ərzində skan edilə bilər.
  • МRТ  ənənəvi təsvir metodlarının əksinə olaraq ultrasəs dalğaları və şüalanmaya malik deyil. Orqanların dəqiq təsvirləri fizioloji parametrlərin istifadə edilməsi ilə əks etdirilir.
  • PET CТ –  bu metoddan ürəyin öz həyat qabiliyyətini nə qədər saxlaya bildiyini müəyyən etmək üçün istifadə edilir. Əsasən kardial hüceyrələrin funksiyası və həyat qabiliyyəti haqqında ətraflı məlumatların əldə edilməsi üçün tətbiq edilir. Misal üçün, əgər xəstədə ürək tutması olmuşdursa, hansı toxumaların daha çox zərər çəkdiyini dəqiq görmək mümkündür.

 Müalicə metodları:

  • Koronar angioplastika və stentləmə – koronar arteriyalarda ocaqlı daralmaların genişləndirilməsinin konservativ metodudur.
  • Şuntlama – ürəyi qidalandıran qan axınının korreksiyası əməliyyatıdır ki, bu yolla sağlamlıq bərpa edilir. Koronar şuntlama sizin ürəyiniz və həyatınız üçün ikinci şans mənasını verə bilər.
  • Aortal klapanın kateter implantasiyası (TAVI) – açıq əməliyyat olunmadan kateter metodu tətbiq etməklə ürəyin aorta klapanının implantasiyasıdır.
  • Robotlaşdırılmış əməliyyatlar (da Vinçi robotu) – da Vinçi robotunun köməkliyi ilə avtomatlaşdırılmış əməliyyatdır.