Koxlear implantasiya

Home/Tibbi istiqamətləri/Koxlear implantasiya

Koxlear implantasiya

Karlıq hələ hökm deyil

Koxlear implantın köçürülməsi üzrə həkimlər komandası

Koxlear köçürmələr mərkəzinin mütəxəssisləri cərrah nevropotoloqdan və qulaq patologiyalarının müalicəsi və diaqnostikası sahəsində böyük təcrübəyə malik olan iki audioloq mütəxəssisindən ibarətdir.

Koxlear implantasiya – bu kompleks reabilitasiya metodur. Müasir diaqnostika texnologiyaları və metodları sayəsində ilkin olaraq xəstənin müayinəsi, sonra cərrahi əməliyyat və daha sonra da əməliyyat sonrası reabilitasiya həyata keçirilir.

Koxlera implant cərrahiyyəsi

Koxlera implantasiya üzrə əməliyyatlar, adətən, ambulatoriya şəraitində ümumi keyitmə altında aparılır. Qulaq kepçesi arxasında kiçik kəsik edilir. Sonra cərrah burğu ilə məməyəbəənzər zoğu deşir ki, matrisa elektrodlarını ilbizə daxil etmək üçün daxili qulağa keçid əldə etsin.

Əməliyyatı 12 aylıq və daha yaşlı, eşitmə aparatından istifadə etməyən körpələrə etmək olar.

Koxleare implantı nədir?

Koxlear implant – bu mürəkkəb tibbi elektron qurğudur ki, o, nitq prosessorundan elektromaqnit siqnallarını qəbul edir, onları elektrikə çevirir və daxili qulağın ilbizindəki eşitmə sinirinin stimulyasiyası vasitəsi ilə baş beyin strukturlarına səsləri tanımağa imkan verir. Koxlear implantı unikal tibbi cihazdır ki, sensonevral karlığn (ağır eşitmə)  ifadəli və ya ağır təzahürləri olan bəzi xəstələrə eşitmə qabiliyyətini geri qaytarmağa imkan yaradır.

Koxlear implantın köçürülməsi üçün namizəd olan şəxslər elə adamlardırlar ki, onlar üçün eşitmə aparatları səmərəli deyil. Dünyada 400 000-dən çox uşaq və böyük yaşlı vardır ki, onlar implant sayəsində fəal həyat tərzinə geri qayıtmaq şansını əldə ediblər.

Öz iş prinsipinə görə koxlear implantı, digər eşitmə aparatları kimi səsi gücləndirmir – onun təsiri ilbizdə – səsin qəbul edilməsinə cavabdeh olan daxili qulağın hissəsində – birbaşa eşitmə sinirləri əzalarının stimullaşdırılması ilə əlaqəlidir. Yəni, implant ətraf mühitin səslərini qəbul edir və onları elektrik siqnallarına çevirirərək eşeitmə siniri ilə ötürür. Eşitmə siniri bütün bu zəif elektriki siqnallarını toplayır və onları beyinə ötürür. Və nəhayət baş beyni həmin siqnalları səslər kimi tanıyır.

Koxlear implant iki əsas komponentdən – daxili və xarici – ibarətdir.

Daxili, görünməyən element öz növbəsində qulağın arxasında, dərinin altında yerləşən “qəbuledicidən” və elektroddan ibarətdir ki, o, cərrahi əməliyyatın köməkliyi ilə bilavasitə daxili qulaq nahiyəsinə implantasiya edilir ki, məhz burada zədələnmiş “tükcük” hüceyrələri yerləşirlər.

Xarici komponent – bu minikompüter və ya nitq prosessorudur. Həmin prosessor ətraf mühitin səslərini tutur və onları elektrik impulslarına çevirir və daxili komponentə göndərir, hansı ki, o da öz növbəsində implantasiya edilmiş elektrod vasitəsi ilə impulsları eşitmə sinirinə ötürür.

Eşitmə siniri üzrə siqnallar  baş beyinə ötürülür ki, burada onlar səs kimi qəbul edilir. Səsin daxil olmasından başlayaraq onun baş beyində işlənməsinə qədər çəkən tam proses o qədər sürətlə baş verir ki, istifadəçi səsi, o yarandıqdan dərhal sonra eşidir.