Neyrocərrahiyyə və bel cərrahiyyəsi

Home/Tibbi istiqamətləri/Neyrocərrahiyyə və bel cərrahiyyəsi

Neyrocərrahiyyə və bel cərrahiyyəsi

brain-nervous-system

Zədələr, beyin və fəqərə şişləri anatomik cəhətdən mürəkkəb və həssas nahiyələrdə yerləşən zədələnmələr qrupuna daxildir. Belə zədələnmələrin müalicəsi həkimlər üçün xüsusilə çətinlik təşkil edir və  təkcə problemin olduğu kimi çıxarılmasını deyil, həm də bizim orqanizmimizin anatomik və funksional tərkiblərinin qorunmasını tələb edir. Beləliklə, cərrahi vərdişlər və qabaqcıl texnologiyalar uğurlu müalicə nəticələrinin təməlidir.

brain-mrAcıbadəm klinikalarında mütəmadi olaraq beyin-kəllə patologiyaları, o cümlədən şişlər, meningiomalar, hordomlar, şvannomalar, damarlı malformasiyalar (anevrizmlər), arteriovenoz və kavernoz malformasiyalar kimi patologiyalarla əlaqədar olan yüzlərlə əməliyyat yerinə yetirilir. MRT 3 Tesla və Gamma Knife Perfection (Qamma-bıçaq) kimi inrtaəməliyyat innovasiya texnologiyaları, multidissiplinli yanaşma Acıbadəm neyrocərrahiyyə şöbələrinin beynəlxalq təşkilatların üzvləri və rəhbərləri tərəfindən dünyanın ən aparıcı mərkəzlərindən biri kimi tanınmasına xidmət etmişdir.

Müasir metodikalar, qabaqcıl texnologiyalar və fənnlərarası yanaşma neyrocərrahiyyə xəstələrinin sonrakı müalicə planında qərarların qəbul edilməsi üçün tərkib hissə hesab edilən radioloji tədqiqatlar ilk dərəcəli mühüm əhəmiyyət daşıyır.

Xəstələrin müalicəsi ixtisaslaşdırlmış kliniki şöbələrdə: pediatriya (uşaq) neyrocərrahiyyəsi, damar neyrocərrahiyyəsi, neyroonkoloji şöbədə aparılır.

 Yaşlıların neyrocərrahiyyəsi

  • Baş beynin şişləri (xoşxassəli və bədxassəli)
  • Kəllə tağının şişləri
  • Damar xəstəlikləri (beyinə qansızma, baş beyin damarlarının anevrizmi, arteriovenoz malformasiyalar, kavernoz inkişaf qüsurları və insultlar)
  • Hidrosefaliya (baş beyində mayenin yığılması)
  • Zədələr
  • Anadangəlmə inkişaf qüsurları
  • Yoluxmalar
  • Funksional neyrocərrahiyyə (hərəkət pozuntuları cərrahiyyəsi, algeolik cərrahiyyə)
  • Radiocərrahiyyə – Qamma bıçaq

 Uşaq neyrocərrahiyyəsi

  • Anadangəlmə serebral anomaliyalar
  • Hidrosefaliya (baş beyində mayenin yığılması)
  • Kraniosinotoz (kəllə tikişlərinin vaxtından əvvəl bitişməsi)
  • Araxnoidal kistalar (beyin kistaları)
  • Kraniovertebral pozuntular
  • Bel dizrafiyası

 Bel cərrahiyyəsi

  • Fəqərə deformasiyası
  • Fəqərə zədələri
  • Fəqərənin degenerativ pozuntuları
  • Skolioz
  • Kifoz
  • Spondiloliz
  • Fəqərənin yoluxmaları
  • Osteoporoz
  • Fəqərəinin şişləri
  • Bel beyni şişləri
  • Fibromialgiya
  • Boyun və beldə ağrılar
  • Fəqərələrarası disklərdə yırtıq