USİ və epilepsiya

Epilepsiya

brain-nervous-system

 

Xalq arasılnda yıxılma xəstəliyi kimi də məşhur olan bu xəstəlik hər hansı bir amillərlə əlaqəli olmayan qıcolma tutmalarının yaranması və təkrarlanması ilə təzahür edir. Beş yaşına qədər olan uşaqlarda qəfildən hərarətin qalxması ilə qıcolmaya səbəb olması epilepsiyaya aid edilmir.

Qıcolmaların hansı növləri vardır?

Qıcolmaların müxtəlif növləri mövcuddur. Onların arasında ən məşhur olan növü olan  yayğın toniko-klon tutmalarıdır ki, o, qıcolma və bütün bədənin çabalaması ilə müşayət edilir. Bundan əlavə, uşaq yaşlarında 5 saniyədən 10 saniyəyə qədər müddətdə, qısamüddətli şüurun itirilməsi və davamiyyəti bir neçə dəqiqəyə qədər olan məqsədsiz hərəkətlər, ildırım sürətli çabalamalarla müşayət edilən atonik tutmalarla olan parisal kompleksi ilə müşayət edilən absanslar müşahidə edilir.

Epilepsiyanın diaqnostikası necə aparılır?

brain-mrEpilepsiya – bu qeyri-yekcins xəstəliklər qrupudur ki, onun kliniki diaqnostikası xəstənin xəstəlik tarixçəsinin əldə edilməsi, tutmaların müşahidə olunması, baş beyinin EEQ (elektroensefaloqram), MRT (maqnit-rezonans tomoqrafiya) aparılması, PET və OFEKT köməkliyi ilədiaqnostikası vasitəsi ilə müəyyən edilir ki, onlar epilepsiyanın diaqnostikasının neyropsixoloji qiymətləndirilməsinin yardımçı metodlarıdırlar.

Epilepsiyanın müalicə metodları

Medikamentoz müalicə

Epilepsiya diaqnozunun qoyulmasından sonra medikamentoz müalicəyə başlayırlar. Dərman vasitələrinin seçimi haqqında qərar qıcolmalarının növünün, epilepsiyanın təsnifatının, EEQ və MRT nəticələrinin nəzərə alınması ilə qəbul edilir.

Cərrahi müdaxilə

Medikamentoz müalicəyə reaksiyanın mövcud olmadığı xəsətələrə (refrakter epilepsiya) cərrahi müdaxilənin edilməsi mümkünlüyü nəzərdən keçirilir. Belə xəstələrdə adətən, baş beyinin MRT nəticələri əsasında anomaliyalar müəyyən edilir və cərrahi müalicənin fokal rezeksiya (beyinin problemli sahəsinin götürülməsi), kallozotomiya (beyinin iki yarımkürəsi arasındakı əlaqənin bölünməsi), hemisferektomiya (beyinin bir yarımkürəsinin zədəlnməsi zamanı digr yarımkürə ilə əlaqə kəsilir), vaqus (dolaşan) sinirin stimullaşdırılması kimi  metodlarından istifadə oluna bilər.

Acıbadəm uşaq nevrologiyası mərkəzi

pediatricAcıbadəm uşaq nevrologiyası mərkəzində medikamentoz və cərrahi müalicə həyata keçirilir. Epileptologiya, nevropatologiya, neyrocərrahiyyə, neyroradiologiya, nitq terapiyası və fizioterapiya üzrə təcrübəli mütəxəssislər bir komanda şəklində şalışırlar ki, bu, uşaq nevroloji xəstəliklərinin diaqnostikası və müalicəsində yüksək nəticələrə nail olmağa imkan verir.

Uşaq serebral iflicinin (USİ) formaları

Serebral iflic (USİ) beyinin zədələnmiş hissəsindən asılı olaraq müxtəlif şəkildə özünü göstərir.

USİ aşağıdakı şəkildə klassifikasiya edilir:

  1. Spastik forma

Spastiqlik – əl və ayaq əzələlərində (əzələ gərginliyi) yüksək tonusun olmasının təzahürüdür. Bu səbəbdən də hərəkətlər məhdudiyyətlər olur. Zədələnmə sahələrindən asılı olaraq aşağıdakı spastik formaları fərqləndirirlər:

  • Diparez: spastiqlik ancaq ayaqlarda müşahidə edilir.
  • Hemiparez: bədənin bir hyarısında spastiqlik .
  • Tetraparez: əllərdə və ayaqlarda spastiqlik.
  1. Diskinetik forma

USİ-nin qeyd edilən forması ləng və nəzarət edilməyən, əl və ayaqların qıcolma hərəkətləri ilə xarakterizə edilir, keçirilmiş olan hemolitik xəstəliyin nəticəsidir. Aşağıdakı formalarını fərqləndirirlər:

  • Atetoid forma:  əl və ayaqların qeyr-ixtiyari və geniş hərəkətləri.
  • Distoniya forması – hərəkətin əhatəli və ya çevirici pozulması. Gərginlik bilərəkdən hərəkət edilən zaman yüksəlir. Əl və ayaqların yuxarı hissəsində müşahidə edilir.
  • Ataksiya: Hərəkət koordinasiyasının pozulması, yerimə zamanı müvazinətin saxlanmasında çətinliklər.
  • Hipotoniya:  gəginlik deyil, əksinə olaraq süstlük müşahidə edilir.

USİ-nin müalicə variantları

Fizioterapiya

  • Əzələlərin gərginliyi ilə əlaqədar olan inkişaf qüsurlarının qarşısının alınmasının təmin edilməsi.
  • Müxtəlif texnikaların köməkliyi ilə gərginliyin götürülməsi.
  • Uşağın gündəlik həyatda daha çox sərbəst olması üçün funksional qabiliyyətinin yüksəldilməsinin təmin edilməsi.
  • Uşaq üçün zəruri olan yardımçı cihazların seçilməsi və istifadəsinin öyrədilməsi.

Medikamentoz müalicə

  • Tutmaların qarşısının alınması
  • Ümumi sağlamlıq üzrə tədbirlərin görülməsi
  • Spastiqliyin azaldılması

Neyrocərrahi müdaxilə

Spastiqliyinin müalicəsində cərrahi müdaxilə o hallarda tətbiq edilir ki, həyata keçirilən mühafizəkar müalicə heç bir nəticə vermir, əzələlərin gərginləşməsi ilə əlaqədar olaraq uşağa gündəlik qulluq mürəkkəbləşir, uşaq əzələlərin gərginləşməsi zamanı ağrılar hiss edir. Belə hallarda həyata keçirilən əməliyyatlar aşağıdakılardır:

  • Selektiv dorzal rizotomoiya
  • Neyrotomiya
  • Beyinin dərin stimullaşdırılması
  • Baklofen nasosun implantasiyası
  • Pallidotomoiya

Ortopedik müdaxilə

Ortopedik cərrahi müdaxilə o halda aparılır ki, uşaqda aşağıda qeyd edilən əlamətlər qeydə alınsınlar: əzələ toxumasının inkişafının aşağı düşməsi, oynaqların deformasiyası.

Xüsusi tədris

USİ xəstəliyinə düçar olan uşaqlar üçün xüsusi tədrisin məqsədi predmetli-manipulyar fəaliyyətin inkişafı, tətbiq edilən predmetlərdən və əlavə vasitələrdən istifadə edilməsinin öyrədilməsidir. Növbəti mərhələ sosial davranış və müstəqilliyin ilkin formalarının inkişaf etdirilməsidir, eləcə də zehni inkişaf üçün fərdi pedaqoji proqram da planlaşdırılır.

Nitq terapiyası

Xəstənin nitqinin inkişafı və xüsusiyyətlərinin qiymətləndirilməsi aparılır, onun hansı səviyyədə və necə ünsiyyət saxlaya biləcəyi müəyyən edilir. Gündəlik həyatda daha çox müstəqilliyin təmin edilməsi üçün terapiyanın məqsədləri müəyyən edilir və planı formalaşdırılır. Çeynəmə və udma funksiyalarının qiymətləndirilməsi zəruri müalicənin aparılmasına imkan yaradır. Uşağa ailəsi ilə birlikdə alternativ yardımçı ünsiyyət sistemlərinin və digər terapevtik vasitələrin seçilməsi və istifadə edilməsi üzrə məşğələlər keçirilir.

Yerişin təhlili

skull-baseYerişin təhlili – hərəkətin əlamətlərinin müəyyən edilməsi və izah edilməsi məqsədi ilə aparılan yerişin rəqəmsal qiymətləndirilməsidir. Hansı əzələ və ya oynağın yerişin pozulmasına səbəb olduğunu müəyyən etmək üçün adi müayinə kifayətli olmur. Bizim beynimiz yerişin pozulmasının düzəldilməsi üçün kompensasiya mexanizmlərindən istifadə edir və beləliklə də pozuntunun baş verdiyi sahə və ya əzələnin müəyyən edilməsini çətinləşdirir.

Pozuntunun rəqəmsal intrepretasiyasını aparmaq, təkrar qiymətləndirmə imkanına malik olaq, müalicənin nəticələrini qorumaq və səmərəliyinin müqayisə edilməsi üçün yerişin təhlil edilməsinin xüsusi texnologiyası tələb edilir. Yerişin təhlili hərəkət pozuntularını dəqiqliklə müəyyən etməyə imkan verir. Yerişin təhlili prosedurası ağrısızdır və yorucu deyil.

Yerişin təhlili necə aparılır?

Müayinə: Yerişin təhlili həkim tərəfindən tam müayinənin aparılması, oynaqların hərəkətliliyinin, hərəkət həcmi qiymətləndirilməsi və hərəkət bucağının (bucaq-metrik ölçmə) ölçülməsi ilə başlayır.

Parametrik ölçmələr: Boyun, çəkinin, ayaq uzunluğunun, oynaqdaxili boşluğun ölçülməsi aparılır.

Hərəkətin üçölçülü qiymətləndirilməsi: bədənə markerlər bərkidilir, xüsusi platformada yerimə zamanı bütün hərəkətlər infraqırmızı və rəqəmsal kameralarla qeyd edilir və kompüterə ötürülür. Kompüterdə qeydlərin qiymətləndirilməsi aparılır. Qeydlər, ətraflı şəkildə 3-ölçülü sistemdə qiymətləndirilir ki, bundan sonra hesabat şəklində sənədləşdirilir.

Dinamik EMQ: Əzələlərin fəallığının və onların gərginləşmə zamanının qiymətləndirilməsi üçün istifadə edilir.

Yerişin təhlilində 3 müxtəlif təhlil növü mövcuddur:

  • Bədənin aşağı hissəsinin təhlili (ancaq bel və ayaqlar üçün tətbiq edilir)
  • Bədənin yuxarı hissəsinin təhlili (ancaq çiyin və əllər üçün tətbiq edilir)
  • Bütün bədənin təhlili (baş, gövdə, əl və ayaqlar üçün tətbiq edilir)

Yerişinin təhlili zəruri edən səbəblər:

  •  Xəstəliyin dəqiq diaqnostikası
  • Dəstəkləmə mexanizmlərinin müəyyən edilməsi
  •  Bərpanın dəstəklənməsi
  •  Planlaşdırılan cərrahi müdaxilənin müəyyən edilməsi
  •  Müalicənin səmərəliyinin izlənməsi

Hansı xəstəliklər zamanı yerişin təhlili tətbiq edilir?

  • USİ
  • Parçalanmış onurğa
  • Bel beyninin zədələnməsi
  • Hemiplegiya (qismən iflic)
  • Ayaqların kəsilməsi (amputasiya)
  • Əzələ distrofiyası (əzələlərin xəstəliyi)
  • Parkinson xəstəliyi
  • Oynaqların iltihablı və degerativ xəstəlikləri
  • Kəllə-beyin zədələrinin nəticələri
  • Səpələnmiş skleroz
  • Artroplastika (oynaq protezləri)
  • İdman zədələri