Onkologiya

Xərçəng – hökm deyil!

you-are-not-alone-against-cancer

 

ChemotherapyXərçəng — ən ciddi müasir xəstəliklərdən biridir ki, bir çox insanlar üçün hökm kimi səslənir. Lakin müasir və keyfiyyətli müalicənin keçirilməsi ilə həmin xəstəliyi müalicə etmək mümkündür. Və müasir həkimlər üçün bu artıq standart bir təcrübəyə çevrilmişdir. Bundan əlavə, müalicəsi olmayan onkologiya halları zaman tibbi müdaxilə əhəmiyyətli dərəcədə həyatı uzadır və xəstəliyin gedişatı zamanı mümkün olan rahatsızlığı aşağı salır.

Xərçəng xəstəliyinə tutulanların xüsusi müalicəyə ehtiyacı vardır ki, bu zaman önəmli rolu psixoloji amil, təcrübə və əlbəttə də ki, həmin sahə üzrə həkimlərin peşəkarlığı oynayır. Acıbadəm onkoloji mərkəzləri xərçəng xəstələrinin müalicəsi və xəstəliyin müşayət edilməsində uzun illik təcrübə sayəsində qiyməti olmayan təcrübə toplamışdır ki, bunların arasında xəstəliyin aradan qaldırılmasının çoxsaylı halları da mövcuddur.

Acıbadəm onkologiya mərkəzləri

İnkişaf etmiş infrastruktur, qabaqcıl texnologiya və həkimlərinin çoxillik təcrübəsi sayəsində Acıbadəm klinikaları öz xəstələrinə xərçəngin diaqnostikası və müalicəsi üçün xidmətlərin bütün çeşidini təklif edir.

Multidisciplinary-ApproachBu gün Acıbadəm klinikaları şəbələrində beş onkoloji mərkəz çalışır və minlərlə xəstəyə uğurla xidmət göstərir: Acıbadəm Maslak (Məslək) və Acıbadəm Kozyatağı klinikaları İstanbulda, Acıbadəm Bursa (Bursa şəh.), Acıbadəm Adana (Adana şəh.) və Acıbadəm Kayseri (Kayseri şəh.). Xərçəng xəstəlikləri üzrə profilləşən Acıbadəm onkoloji mərkəzlərinin xərçəng müalicəsi üzrə mütəxəssisləri həmin sahə üzrə öz biliklərini daimi olaraq artırmaq və onlardan hər yeni xəstəlik halının aşkarlanmasında fəal şəkildə istifadə etmək imkanına malikdirlər.

Çoxsahəli yanaşma

Onkologiya müalicəsinin dünya təcrübəsində xərçəngin müalicəsi üçün ən səmərəli qərarlar çoxsahəli yanaşma nəticəsində əldə edilmişdir, belə ki, onkologiya elmin bir çox sahələrinin əməkdaşlığını tələb edən bir sahədir. Tibbin müxtəlif sahələrinin məsləhətləri xərçəng xəstəliyinin diaqnostikası və müalicəsi zamanı olduqca mühümdür. Belə yanaşma zamanı tibbin müxtəlif sahələrinin mütəxəssisləri müalicə yolları haqqında birgə qərarlar qəbul edir və birgə məsuliyyət daşıyırlar.

Acıbadəm onkoloji mərkəzlərində müxtəlif tibbi mütəxəssislər qrupları hər bir halı ayrıca tədqiq edir, özlərinin bütün biliklərindən istifadə etməklə xərçəng ilə mübarizədə adekvat üsullar seçilər.

Qeyd etmək lazımdır ki, Acıbadəm klinikaları şəbəkəsində çoxprofilli yanaşma təkcə xərçəngin bütün növlərinin diaqnostikası və müalicəsi üçün deyil, həm də xərçəngin erkən diaqnostikası edilməsi proqramlarında, sağlam olan insanların arasında təhlükə qrupunun müəyyən edilməsində, xərçəng xəstəliyinin profilaktikası haqqında mövzuların işıqlandırılamsı proqramlarında təmsil edilmişdir.

Diaqnostika metodları

gamma-knife-deviceXərçəng xəstəlikləri və onların uğurla müalicə edilməsi ilə əlaqədar olan məsələlərdə ən mühüm rolu diaqnostikanın dəqiqliyi və onun vaxtında həyata keçirilməsi oynayır. Diaqnostikanın qoyulması və savadlı müalicənin təyin edilməsinə radioloji müayinə  kömək edir.

Bu diaqnostik proseduradan sonra kimya terapiyası həkimi, radioloq və cərrahın da daxil olduğu həkimlər qruppu zəruri proseduraların təyin edilməsi və xəstəliyin aradan qaldırılması üsullarının müəyyən edilməsi ilə məşğul olur. Hər bir konkret halda bütün bu proseduralar və üsullar da fərdi olacaqdır.

Bu məsələdə çox mühümdür ki, xəstəlik tarixçəsindən olan bütün bilikləri və məlumatlar razılaşdırılsın ki, müalicə üçün daha məqsədəuyğun və məhsuldar yanaşma seçilsin. Əlbəttə ki, zəruri avadanlıqların mövcud olması və həkimlərin böyük təcrübəsi sağalma imkanlarını ancaq artıra bilər.

Müasir onkologiya diaqnostikası texnologiyaları arasında Acıbadəm klinikalrında PET CT, rəqəmsal tomosintezli mammoqrafiya, intraəməliyyat MRT 3 Tesla, ani fleş KT (Flash CT) istifadə edilir.

Müalicənin müasir texnologiyaları

Tibb sahəsindəki son nailiyyətlər müxtəlif miqyaslar və siniflərdən olan şişlərin aradan götürülməsi üçün ağrısız və təhlükəsiz əməliyyatları həyata keçirməyə imkan verir.

Bu gün Acıbadəmdə aşağıda göstərilən texnologiyalardan istifadə edilir:

TrueBeam, Qamma bıçaq (gamma knife perfection), Kiber bıçaq (cyber knife), da Vinçi robotu (da Vinci), LIAС (intraəməliyyat şüa terapiyası), Trilogiya (Trilogy), Rapidark (Rapidark).

Xərçəngin daha geniş yayılmış növləri

  • ağız boşluğu şişləri
  • ağciyər xərçəngi
  • baş beyin şişləri
  • dəri xərçəngi
  • qırtlaq şişləri
  • qaraciyər xərçəngi
  • düz və qalın bağırsaq xərçəngi
  • limfoma
  • süd vəzi xərçəngi
  • sidik kisəsi xərçəngi
  • mədə xərçəngi
  • uşaq onkologiyası və gematologiya
  • prostat xərçəngi
  • uşaqlı yolu xərçəngi (endometriya xərçəngi)
  • uşaqlıq boynu xərçəngi
  • qalxanabənzər vəzin xərçəngi
  • yumurtalıqların xərçəngi