Kimya terapiyası

Kimya terapiyası

KEMOTERAPI

Kimya terapiyası – xərçəngin medikamentoz müalicəsi

Onkologiyaya təkcə xərçəng xəstəliklərinin müalicəsi üzrə proseduralar deyil, həm də hmin növdən olan xəstəliklərin diaqnostikası və profilaktikası üzrə proseduraların geniş siyahısı daxildir. Bu zaman xərçəngin hər bir mərhələsində öz yanaşma və metodları mövcuddur ki, onlar yaranmış problemi səmərəli şəkildə həll etməyə kömək edirlər.

chemotherapy2Xərçəngin geniş yayılmış müalicə üsulu kimya terapiyası preparatlarının peroral və ya əzələdaxili qəbulu – xərçəngin kimya terapiyası ilə müalicə üsuludur. Həmin preparatların təsiri qana xərçəngəleyhinə agentlərin daxil edilməsindən ibarətdir ki, onlar qan damarları vasitəsi ilə xərçəng hüceyrələrinə düşürlər. Bu zaman bəzi hallarda kimya terapiyasının həyata keçirilməsi ilə xərçəngin tam olaraq müalicə edilməsi də mümkündür.

 Bir sıra mürəkkəb hallarda isə onkologiyada kimya terapiyası əlamətlərin həssaslığını əhəmiyyətli dərəcədə azaltmağa və xəstəliyin gedişatına nəzarət etməyə kömək edir. Xüsusilə tez-tez xərçəngin kimya terapiyası ilə müalicəsini şişlərin kəsilib götürülməsindən sonra tətbiq edirlər. Belə hallarda əməliyyatdan sonra az miqdarda xərçəng hüceyrələrin qalma ehtimalı mövcuddur ki, onları məhv etmək üçün kimya terapiyası yardımçı olur. Böyük şişlər və özbaşına buraxılmış xəstəlik tarixçəsi zamanı isə kimya terapiyasının tətbiq edilməsi sadəcə əlamətləri yüngülləşdirməyə yardım edir.

Kimya terapiyasının əsas metodları

labŞişlərin kimya terapiyası: xəstəliyin inkişafının müxtəlif hallarında sübut edilən səmərəlik və hissediləcək nəticərlər verən ən geniş yayılmış metodlarında biridir. Kimya terapiyası zamanı preparatların və onların dozasının seçilməsi prosesinin özü  onkologiyada həkimlər tərəfindən amillər qrupundan çıxış edərək müəyyən edilir və müxtəlif sahə mütəxəssislərinin kompleks iştirakı ilə təyin olunur.

İmmunoterapiya: bu üsulu həm də bioloji terapiya da adlandırırlar. O xərçənglə uğurla mübarizə aparmaq üçün orqanizmin gücünün yüksəldilməsinə yönəldilmişdir. Bu metod həmçinin, artıq müalicəyə cavab verməyən ağır xərçəng xəstələrinin həyata davam etməsi məqsədi ilə də tətbiq edilir. İmmunoterapiya nadir olmayan hallarda yüngül kimya terapiyası ilə birlikdə və ya ondan sonra və daha intensiv kimya terapiyasından sonra tətbiq edilir.

Targent bioloji terapiya: xərçənglə mübarizənin ən yeni metodlarından biridir. Onun məğzi təsirləri orqanizmdə demək olar ki, hiss edilməyən, bioloji mənşəli targent preparatların istifadə edilməsindən ibarətdir. Targent vasitələr “ağıllı” mexanizm kimi təsir göstərir: onlar xərçəng hüceyrələrinin qidalanmasını blok edir, bu zaman sağlam hüceyrələrin fəaliyyətini pozmurlar. Xəstəlik ocağına məqsədli təsir nəinki orqanizm üçün olduqca rahatdır, həm də olduqca səmərəlidir və bu gün bu növ terapiya demək olar ki, şişlərin kimya terapiyası qədər tez-tez istifadə edilir.

Göstərilən proseduraların xüsusiyyəti bir sıra amillərdən asılıdır və ciddi şəkildə kimya terapiyası həkimi tərəfindən təyin edilir.