Radiasiyalı onkologiya

Home/Tibbi istiqamətləri/Onkologiya/Radiasiyalı onkologiya

Radiasiyalı onkologiya

cyberknife-radiation

Şüa terapiyası

Şüa terapiyası – ionlaşdırılmış şüalanma ilə bədxassəli və bir sıra xoşxassəli xəstəliklərin müalicəsi metodudur. Şüa terapiyasının səmərəsi xərçəng hüceyrələrinin ionlaşdırılmış şüalanmaya yüksək həssaslığına əsaslanır. Həmin şüalanmanın təsiri ilə hüceyrələrdə nəhəng sayda mutasiyalar inkişaf edir və məhv olurlar.

Şüa onkologiyasının iki sahəsi vardır: radioterapiya və radiocərrahiyyə.

cell-radiationRadioterapiya – xərçənglə zədələnmiş toxumaların, bədxassəli və xoşxassəli şişlərin şüalanma ilə müalicə metodudur. Onu, həmçinin, “şüa” terapiyası və ya “rentgen terapiyası” da adlandırırlar. Radioterapiyada tətbiq edilən şüalanma xərçəng hüceyrələrinin yüksəlişinin dayanmasına və ya onların məhv edilməsinə hədəflənmişdir. Radioteraiyanı xərçəngin müalicəsi üçün tez-tez təyin edirlər. Xərçəng zamanı dəyişikliklərin diaqnostikası halında xərçəng xəstələrinin 60-80%, ən azı bir dəfə radioterapiya şüalanmasına ehtiyac duyur.

Radioterapiyada istifadə edilən qabaqcıl texnologiyalar:

  • LIAC – intraəməliyyat şüa terapiyası üçün xətti sürətləndiricidir. Əməliyyatlarda, xərçəng şişlərinin götürülməsi əməliyyatlarından sonra tətbiq edilir, beləliklə lokal şüa terapiyası cərrahi müdaxilə prosesində yekunlaşır. Xəstə üçün mühüm olan üstünlük müalicə müddətinin azalmasıdır.
  • TRUEBEAM – (xətti sürətləndirici) ən sürətli, təhlükəsiz və dəqiq metoddur, seans zamanı şüalanma müddəti 2 dəqiqəni keçmir, zədələnmə sahəsini 30 dəfə azaltmağa imkan verir. Sistemin superyüksək doza gücü və yüksək dəqiqliyinin mövcud olması bir şüalanma seansı ərzində cərrahi müdaxilə olmadan şişi “aradan götürməyə” imkan yaradır.
  • k-TrilogyТRILOGY -LINAC (Xətti sürətləndirici) – bu xətti sürətləndirici üç müxtəlif metodikadan istifadə edilir: İGRT – vizual nəzarətlə şüa terapiyası / İMRT – modullaşdırılmış intensivliklə şüa terapiyası / SRT – stereotaksik şüa terapiyası. Diaqnostika və müalicə üçün istifadə edilir və xəstəyə əhəmiyyətli üstünlüklər verir.
  • Rapidarc-techRAPIDARC – bu xərçəngin müalicəsi üçün olan qurğu, eləcə də şüalanma həcminin modullaşdırılması ilə rotasiya terapiyası kimi də məlumdur. Videoidarəetmə sistemi və radioterapiya müddətinin 15-30 dəqiqədən 2 dəqiqəyə endirilməsi sayəsində “Rapidarc” müalicə zamanı yüksək komfort və rahatlığı təmin edir. Sağlam orqanlara heç bir ziyan vurmur.
  • Braxiterapiya – bu toxumadaxili radioterapiya metodu öd axarları, süd vəzi, uşaqlıq yolu boynunun, prostat vəzinin, baş və boyun şişlərinin, ağciyər və yumşaq sarkoma toxumaları xərçənginin müalicəsi zamanə faydalıdır. Şiş prosesinin dayandırılması üçün toxumaya radioaktiv mənbələr daxil edirlər ki, onlar maksimal, təhlükəsiz ölçüdə radiasiyanı ətraf toxumaları zədələmədən lazım olan yerə çatdırırlar.
  • Radiocərrahiyyə – radiocərrahiyyənin əsas prinsipi məqsədyönlü radioşüalanma ilə bir və ya bir neçə yüksək dozalarla şişlərin şüalanmasından ibarətdir. Qamma-bıçaq və Kiber-bıçaq kimi belə texnologiyalar radiasiyanın sağlam toxumalara olan təsirini minimuma endirirlər.
  • GAMMA-KNIFE (Qamma bıçaq) – bu stereotaksik radiocərrahiyyədir ki, kəllə trepanasiyası olmadan beyin şişlərinin müalicəsinə imkan verir.  Gamma-Knife ilə müalicə birdəfəlik aparılır və xəstə elə həmin gündə də, 1-2 saat sonra  evinə qayıda bilər.
  • CYBER-KNIFE (Kiber-bıçaq) – xoşxassəli və bədxassəli şişlərin müalicəsi üçün təyin edilən radiocərrahiyyə sistemidir. Bu sistemin sayəsində zədələnmiş toxumalar yüksək dozalarla şüalandırılır, şüalanma şüaları dəqiq olaraq şiş üzərinə yönəldilir. Bu zaman sağlam toxumaların zədələnməsi təhlükəsi minimuma endirilir. Təsvirin xüsusi olaraq verilməsi sistemi şişi lokallaşdırılması prosesini izləyir və nəzarət edir və xəstənin nəfəs alması, müalicə seansı zamanı xəstənin hərəkətləri zamanı avtomatik olaraq şişi məkanda yerdəyişməsini nəzərə alır. Kiber bıçaq altı dərəcəli sərbəstliklə olan manipulyator-robot əli təchiz edilmişdir ki, bu müstəsna olaraq manevrliyi və şişə hədəflənməni təmin edir. Manipulyatordakı şüalanma mənbəyi şişi orqanizmdəki yerini dəqiqliklə müəyyən edir və 1200 bucaq altında submillimetr dəqiqliklə nöqtəli şüalanmanı təmin edir.