Yod terapiyası

Yod terapiyası

Radioaktiv yodla müalicə

Dünyada ekoloji şəraitin pisləşməsi ilə əlaqədar olaraq qalxanabənzər vəzin xərçəngi hallarının sayında yüksəliş qeyd edilir. Qalxanabənzər vəzin xərçənginin başlıca səbəbləri: yod çatışmamazlığı, ionlaşdırılmış radiasiya, immun-neyroendokrin hemostazın pozulması, genetik amillərdir. Daha mürrəkkəb olan  problem xəstəliyin müasir diaqnostikasıdır.

Karsinomaların erkən diaqnostikasının prinsipləri ultrasəs müayinəsi ilə aşkar edilən qalxanabənzər vəzin bütün ocaqlı təsisatlarının onkoloji təhlükəsinin obyektiv qiymətləndirilməsində göstərilmişdir. Qalxanabənzər vəzin bədxassəli şişlərinin müalicə edilməsinin əsas metodu – vaxtında yerinə yetirilən cərrahi müdaxilədir.

Qalxanabənzər vəzin yüksəkdifferensiyalı xərçənginin müalicə metodlarında biri kimi daha geniş yayılanı radioaktiv yod131 I ilə terapiya metodudur.

Radioaktiv yod131 I ilə terapiya üçün əsas göstərişlər hesab edilir: qalxanabənzər vəzin tireoidektomiyasından sonra qalıq toxumanın ablyasiyası, uzaq ağciyər metastazaları, limfogen metastazalar, cərrahi yollar götürülməsi mümkün olmayan halda residivlərdir.

I131 terapiyasının aparılması şərti qalxanabənzər vəzin tam olaraq kəsilib götürülməsidir. Radioaktiv yodun metastazalarla tutulması ancaq qanda kifayət qədər miqdarda tireotrop hormonların mövcud olması halında baş verir ki, onun qan plazmasında tərkibi müalicənin başlaması dövründə 30 mEd/l-ə yaxın olmalıdır.

Müalicə üçün istifadə edilən izotop – radioaktiv I131– bu yodun radioaktiv formasıdır ki, o g-şüalanmanın mənbəyidir. Radioaktivlik istər vəzin hüceyrələrini (toxumanın özünün qalıqlarını), istərsə də onun hüdudlarından da kənara yayılmış şiş hüceyrələrini məhv edir. Müalicə prosesi ağrısız keçir.

Müalicədən əvvəl orqanizmin radioaktiv I131 üçün reaksiyasının testlərini aparmaq lazımdır. Göstərilən tədqiqatlar qalxanabənzər vəzin operativ şəkildə götürülməsi əməliyyatına məruz qalan xəstələr üçün təyin edilir. Əməliyyatdan sonra tireoid hormonlar ləğv edilir. 4 həftə sonra xəstəyə sınaq olaraq I131 dozası daxil edilir. Qalxanabənzər vəz və şiş hüceyrələrinin qalıq toxumaları yodu ələ keçirmək və toplamaq qabiliyyətinə malikdir. Radioaktiv yod kapsulunu qəbul etdikdən bir gün sonra boyun nahiyəsindən xüsusi cihazla fəaliyyətdə olan toxumanın mövcud olub-olmaması haqqında məlumatı əldə edirlər.

Dərhal qamma-kamerada toxumanın mümkün yerləşmə yerinə vizual olaraq müəyyən etmək məqsədi ilə müayinə həyata keçirilir. Əgər test müsbət olarsa, gələcəkdə yod terapiyasının aparılması zəruridir.

Yod terapiyası xəstəliyin yayılması haqqında olacaq digər müayinələrdən (USM, rentgen, laboratoriya tədqiqatları) sonra da təyin edilə bilər. Adətən, radioaktiv yodun qəbul oral olaraq, tərkibində radioaktiv elementin olduğu kapsulun udulması yolu ilə həyata keçirilir. Kapsullar dadsız və iysizdir, çeynənmir və 1-2 stəkan su ilə içilir.

Yod terapiyası zamanı qəbul, müalicə və sonrakı müayinə radiasiya təhlükəsizliyi tələbləri ilə əlaqədardır. Bununla əlaqədar olaraq hər bir xəstə I131 qəbulundan sonra, müəyyən bir müddətə, sərbəst giriş-çıxışı və yerdəyişməsi mümkün olmayan  qapalı tipli palataya yerləşdirilir.

Acıbadəmin bütün tibbi heyəti xüsusi olaraq radioaktiv materiallarla iş və Sizin terapiyanızın şüa aspektlərinə öyrədilmişdir.

Müalicədən sonra təkrar diaqnostika aparılır. Sintiqrafik tədqiqat orqanizmdə radioaktiv yodun toplanma yerini müəyyən etməyə imkan verir. Sintiqrafiyanın (skanlamanın) yerinə yetirilməsi zamanı zəruridir ki, xəstə bütün müayinə ərzində hərəkətsiz olaraq qamma-kameranın masası üzərində hərəkətsiz uzansın. Bu ağrısız prosedura maksimum 60 qəqiqə sürür. Displeyin ekranında orqanizmdə radioaktiv yodun yayılma təsviri göstəriləcəkdir. Bu əvvəlki müalicənin faydalığını müəyyən etməyə və prosesin yayılma dərəcəsini müəyyən etməyə imkan verəcəkdir. Sintiqrafiya nəticələri və digər göstəricilər üzrə xəstənin sonrakıl müalicə taktikası seçimi edilir.