Böyrək köçürülməsi

Böyrək köçürülməsi (transplantasiyası)

kidney

Böyrək köçürülməsi üzrə ilk Acıbadəm mərkəzi 2010-cu ilin oktyabrında Acıbadəm İnternational İstanbul klinikası bazasında yaradılmışdır. Hazırda böyrək köçürülməsi həmçinin Acıbadəm Bursa klinikasında da həyata keçirilir. Hər iki mərkəz özlüyündə innovasiyalı avadanlıqların, müasir kompüter texnologiyalarının, intensiv terapiya bölməsi və şəxsi hesablarında böyrək köçürülməsi üzrə 2000 çox, qaraciyər köçürülməsi üzrə 250 əməliyyat həyata keçirmiş beynəlxalq səviyyədə tanınan mütəxəssislərin qarşılıqlı əlaqəsi modelini əks etdirir.

Acıbadəmdə böyrək köçürülməsinin üstünlükləri

  1. Müasir texnologiyalar və xidmətin keyfiyyəti

kidney-transplantƏməliyyat blokları və intensiv terapiya palataları müasir texnologiyalarla təchiz edilmişdir. Laporaskopiya texnologiyalarının tətbiq edilməsi donor intensiv terapiya palatasında qalması zərurətini minimuma endirir. Lakin tam olaraq təchiz edilmiş intensiv terapiya palatalarının mövcud olması bəzi hallarda resipient (böyrək nəql edilən) üçün də həlledici əhəmiyyətə malik olur.

Donorun qorunması proqramı (donorun əməliyyat sonrası hərtərəfli nəzarəti) – Acıbadəm nəql Mərkəzlərində istifadə edilən unikal metodikalardan biridir.

Orqanların transplantasiyası (köçürülməsi) vətəndaşların həyatının xilas edilməsi və sağlamlıqlarının bərpası üçün vasitədir və Türkiyə Cümhuriyyətinin qanunvericiliyinə və beynəlxalq ictimaiyyət tərəfindən bəyan edilən humanizm prinsiplərinə müvafiq olan insan haqlarına riayət edilməsi əsasında həyata keçirilməlidir. Acıbadəm transplantologiya mərkəzləri  həmçinin də qeyd edilən qaydalara riayət edilməsi prinsiplərinə sadiqdir. Amsterdam və Vankuverdə TTS tərəfindən təşkil edilən beynəlxalq forumlarının qərarlarında da göstərildiyi kimi transplantasiya zamanı canlı donora tibbi dəstəyin göstərilməsi resipientin müalicəsindən heç də az mühüm deyil. Resipient üçün uğurlu olan nəticə canlı donora vurulan ziyana haqq qazandırmır və canlı donordan orqanın nəql edilməsi o zaman uğurla baş tutmuş hesab edilir ki, həm resipient, həm də donor yerinə yetirilən əməliyyatdan sonra eyni dərəcədə sağlam olmuş olsunlar.

  1. Beynəlxalq standartlara uyğun infrastruktur

Əməliyyat bloklarının, laboratoriya və intensiv terapiya bölmələrinin təchizatı və qarşılıqlı əlaqəsi transplantologiyanın keyfiyyətini müəyyən edən mühüm amillərdən biridir. Müasir avadanlıqlarla tam təchiz edilmə və beynəlxalq standartlara müvafiqlik – bütün bunlar Acıbadəm mərkəzinə xəstələrə və donorlara bütün növ xidmətlərin göstərilməsini mümkün edir.

Beynəlxalq səviyyədə tanınan mütəxəssislər böyrəyin donordan alınması və resipientə nəql edilməsi üzrə əməliyyatı eyni zamanda həyata keçirirlər. Misal üçün, donorun qasığında laporaskopiya metodu ilə açılan sadəcə 5 sm-lik kəsiyin köməkliyi ilə ureteronefrektomiya yerinə yetirilir ki, bundan dərhal sonra əldə edilən böyrək resipientə nəql edilir. Qabaqcıl tibbi texnologiyaların təcrübəsi donoru xəstəxanadan 24 saat, resipienti isə 7 sonra evə yola salmağa imkan verir.

Cərrah, professor doktor İbrahim Bərbər başda olmaqla yüksək ixtisaslı mütəxəssislər orqanların nəql edilməsi üzrə 2000- minə yaxın əməliyyat həyata keçirmişdirlər.

  1. Laparoskopiya texnikası

Cərrahiyyədə istifadə edilən laparoskopiya texnikası donorlar və resipientlərin xəstəxanada saxlanmaları müddətini minimum dərəcədə qısaltmağa imkan verir. Bundan əlavə, boşluqda aparılan əməliyyatlar 15-20 sm-lik kəsiyin olmasını tələb edirsə, laparoskopiya cəmi 5 sm-lik kəsiklə kifayətlənir. Cərrahiyyə əməliyyatlarının qarın boşluğunda fotokameranın quraşdırılması ilə də mümkün olmuşdur ki, bu yüksək dərəcədə vizual nəzarəti mümkün edir. Kiçik kəsiklər əməliyyatdan sonra daha az ağrının olmasını ehtimal edir, cərrahiyyə təhlükəsini aşağı salır. İri cərrahiyyə çapıqlarının olmaması kosmetik problemləri azaldır və yırtıq əmələ gəlməsi, keyimə, cərrahi yoluxmalar və ağciyər emboliyası təhlükəsini aşağı salır. Donor artıq əməliyyatdan sonra həmin günün axşamından başlayaraq maye qəbul edə, səhəri gündən isə yemək yeyə bilər.

Böyrəklərin köçürülməsi əməliyyatlarını zəruri edə biləcək xəstəliklər

kidney-transplant-2DİABET: şəkər diabeti zamanı böyrək dam arlarının zədələnməsi nəticəsində nefropatiya inkişaf edir. İllər keçdikcə şəkərli diabeti olanlarda nefropatiyanın inkişaf etməsi ehtimalı da yüksəlir. Diabetli nefropatiya hazırda böyrək çatışmamazlığına gətirib çıxaran, ən rast gəlinən səbəblərdən biridir. Həkim və xəstənin əsas vəzifəsi diabetli nefropatiyanın vaxtında diaqnostikası edilməsi və düzgün müalicənin aparılmasından ibarətdir.

HİPERTONİYA: arterial hipertoniya böyrək arteriyalarının ilkin xəstəlikləri ilə şərtlənir. Arterial hipertoniya səbəbindən böyrək funksiyalarının pozulması zamanı qanda kreatin və azot cövhərinin səviyyəsinin yüksəlməsi, ümumi zülal səviyyəsinin aşağı düşməsi və sidikdə zülal səviyyəsinin yüksəlməsi qeyd edilir. Göstərilən halda profilaktika hipertoniyanın vaxtında diaqnostika və daimi nəzarət edilməsi, dərmanların qəbulu və müvafiq pəhrizə riayət edilməsindən ibarətdir.

UROLİTİAZ: və ya sidik kisəsində daş xəstəliyi böyrək və digər sidik sistemi orqanlarında daşların əmələ gəlməsi ilə xarakterizə edilir. Urolitiazın inkişaf etməsinə isti iqlim, tərkibindən böyük miqdarda duz olan sərt su, qidalanmanın xüsusiyyətləri (yekcins, istiotlu, turş qida) dəstək verir. Sümüklərin zədələnməsi və xəstəlikləri, xroniki mədə və bağırsaq xəstəlikləri, orqanizmin susuzlaşması, böyrək sidik-cinsiyyət sistemi orqanlarının xəstəliklərində sidik kisəsində daş xəstəliyinin yaranması səbəbi ola bilərlər.

SİDİK İFRAZI YOLLARININ YOLUXMALARI: böyrəklərin daha geniş yayılmış xəstəliklərindəndir. Uretruya düşən yoluxma, sidik ifrazı yolları vasitəsi ilə sidik kisəsinə düşür ki, burada fəal şəkildə bakteriyalar və ya göbələklərin çoxalması baş verir, bu da seliyin və sidik kisəsi divarının iltihabı prosesinin yaranmasına gətirib çıxarır. Belə vəziyyət sistit adını daşıyır.  Əgər yoluxma prosesinin bundan sonra da yayılması prosesinin qarşısı vaxtında alınmazsa, o, sidik kanalları ilə böyrəklərin ləyən sisteminə düşə və orada iltihab yarada bilər.

BÖYRƏKLƏRİN POLİKİSTOZU: kifayət qədər tez-tez rast gəlmək mümkündür, irsi təbiətə malikdir və ağır xəstəlik hesab edilir. Böyrəyin normal toxuması müxtəlif ölçülü çoxsaylı kistalarla örtülür. Kistalar, böyrək kanalcıqlarının əmələ gəlməsinin pozulması zamanı yaranır. Həmin kanalcıqlardan bəziləri kor bağlanır, sidiklə dolur və genişlənir, köpüklər – yəni kistalar əmələ gəlirlər. Belə pozuntular dializ və transplantasiya zərurətini sürətləndirməklə böyrək çatışmamazlığına gətirib çıxara bilər.

İRSİ ARALIQ DƏNİZİ QIZDIRMASI: Aralıq dənizi regionunda geniş yayılmışdır. Qısa qızdırma epizodları ilə təzahür edir ki, onlar müxtəlif zaman aralığından sonra yaranırlar. Tutmalar qarında, döş qəfəsində, oynaqlar və ya hətta dəridə mütəmadi ağrılarla ifadə edilir. Mühüm diaqnostika meyarları qeyd edilən əlamətləri real olaraq izah etməyə qadir digər xəstəliyin mövcud olmaması və irsi patologiyadır. Belə xəstələrin təxminən 40%-da böyrəklər əziyyət çəkirlər.

Böyrək köçürülməsi haqqında nələri bilmək lazımdır?

Xəstələrə nefroloqun müayinəsindən keçmək və xroniki böyrək çatışmamazlığının diaqnostikası üçün aşağıda göstərilən analizləri vermək tövsiyə edilir. Əgər xəstəyə onun öz ölkəsində xroniki böyrək çatışmamazlığı diaqnozu qoyulmamışdırsa, Acıbadəm böyrək köçürülməsi mərkəzi böyrək köçürülməsinin zəruriliyi və mümkünlüyünü qiymətləndirmək üçün nefroloqun müayinəsi də daxil olmaqla zəruri olan bütün analizlərin verilməsini təklif edir.

İlkin diaqnostika:

Sidiyin tam təhlili
Albumin
Kalsium
Kreatin
Kreatin klirensi
Qeyri-üzvü fosfor
Kalium
Sidik zülalı (24 saat)
Natrium
Aspartataminotransderaza (AST)
Alaninaminotransferaza (ALT)
Azot sidik cövhəri (BUN)
Qanın hemoqramı
Parathormon (PTH), intakt
Sidik-cinsiyyət sisteminin USM

Donor və resepientə olan tələblər:

  1. Resipient və donorun qan qrupları aşağıda göstərilən cədvələ müvafiq olaraq uyğun gəlməlidir:

Resipient                   Donor
A                                  A və ya 0
B                                   B və ya 0
AB                                A, B, AB, 0 (bütün qan qrupları)
0                                   0 (ancaq bir qan qrupu)

Rezus-amil heç bir əhəmiyyət daşımır.

Qohum donor uyğunluğun olmayan xəstələr çarpaz transplantasiya siyahısına müraciət edə bilərlər.

  1. Donorluğa namizəd xəstənin qohumu və ya dördüncü dərəcəyə qədər onun həyat yoldaşı olmalıdır. Müvafiq olaraq:

Birinci dərəcənin qohumları: ana, ata, övlad. İkinci dərəcəli qohum: bacı, qardaş, nənə, baba, nəvə. Üçüncü dərəcəli qohumlar: ata/ana tərəfdən əmi/dyı, bacə və ya qardaşın övladları. Dördüncü dərəcəli qohumlar: üçüncü dərəcədən olan qohumların övladları.

Həyat yoldaşının qohumları aşağıdakı kimi qiymətləndirilir.

Türkiyə Cümhuriyyəti qanunvericiliyinə əsasən donor və resipient qohumluqlarını təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər:

– doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (resipient və donor üçün)

– donor və resipientin qohum olduqlarını təsdiq edən vətəndaşlıq vəziyyəti haqqında aktlardan çıxarış

– Əgər donor nikahdadırsa, onun ərinin/ həyat yoldaşının donorluq üçün notarial qaydada təsdiq edilmiş icazəsi (yazılı razılıq)

 Adları çəkilən sənədlərin orijinalları, rəsmi olaraq tanınmış tərcüməçi tərəfindən türk dilinə tərcümə edilməlidir; apostillə leqallaşdırılmalı və ya Türkiyə səfirliyində leqallaşdırılmalı və təsdiq edilməlidir.

  1. Böyrək donoru namizədi psixi cəhətdən sağlam və 18 yaşdan böyük olmalıdır.
  2. Əgər donorluğa namizədin sağlamlıqla əlaqədar problemləri və ya artıq çəkisi vardırsa, o, bizim mərkəzə gəlməmişdən əvvəl bizimlə telefon əlaqəsi yaratmalıdır.