Qaraciyər köçürülməsi

Qaraciyər köçürülməsi

liver-transplant

Acıbadəm qaraciyər köçürülməsi Mərkəzi – bu ilk növbədə ixtisaslı transplantoloji və reanimasiya-anestezioloji həkimlər qrupunun, eləcə də müasir diaqnostika və inkişaf etmiş klinik laboratoriya sisteminin mövcud olmasıdır.

Qaraciyər insan orqanizminin ən mürəkkəb və metabolik olaraq fəal orqanı hesab edilir. Qaraciyərə regenerasiya xüsusiyyəti xasdır və o, hətta öz kütləsinin 70%  itirdikdə belə bərpa olmağa qadirdir. Sağlam qaraciyər kifayət qədər böyük həcmə malikdir, o, hətta 7-% həcminin çıxarılması halında da orqanizm üçün kifayət qədər fəaliyyət göstərmək iqtidarındadır.

Qaraciyər köçürülməsi dedikdə xəstənin çıxarılmış qaraciyəri mövqeyinə donor orqanının yerləşdirilməsi başa düşülür. Əmək sərf edilməsi, texniki mürəkkəbliyi və zədələnməsinə görə qarın boşluğu orqanlarının ən mürəkkəb cərrahi müdaxilə əməliyyatı hesab olunur və xüsusi şərait və biliklərin mövcudluğunu tələb edir.

Orqanların köçürülməsi üzrə Acıbadəm Bursa klinikası

liver-bodyAcıbadəm Bursa qaraciyər köçürülməsi mərkəzinin rəhbəri professor həkim Rəmzi Əmiroğludur ki, o, böyrək və qaraciyər köçürülməsi sahəsində pionerlərin birindən hesab olunur. 1998-ci ildən başlayaraq Rəmzi Əmiroğlu 200-dən çox böyrək köçürülməsi və 200-dən çox qaraciyər köçürülməsi üzrə əməliyyat həyata keçirmişdir.

Professor Rəmzi Əmiroğlu və onun komandası yardımçı (qaraciyər kəsilib götürülmədən) və standart qaraciyər köçürülməsi təcrübəsinə malikdir. Bundan əlavə, mərkəzin həkimləri, qaraciyər sirrozu səbəbindən qanaxmadan əziyyət çəkən xəstələr üçün tətbiq edilən bütün növ şuntlama və Sugiura əməliyyatları üzrə kifayətli cərrahi təcrübəyə malikdir. Professor Rəmzi Əmiroğlu birincilərdən biri olaraq Bursada ölmüş şəxsin orqanlarının böyüyə və uşağa nəql edilməsi üzrə əməliyyatlar keçirmiş, orqanların köçürülməsi haqqında 100-dn çox məqalə yazmışdır ki, onlardan 85 xaricdə dərc edilmişdir.

Qaraciyər köçürülməsinin ən geniş yayılmış modeli ortotopik modeldir, belə ki, o, nəql üçün normal anatomiya şəraiti yaradır, ödün bağırsağa axının bərpası imkanını təmin edir.

Acıbadəm Bursa orqanların köçürülməsi üzrə mərkəzi klinikasında donordan resipientə köçürülməsi ilə qaraciyər köçürülməsi əməliyyatları yerinə yetirilir. Əməliyyat zamanı dünya təcrübəsində “qızıl standart” adlandırılan ortotopik transplantasiya metodu tətbiq edilir.

Qaraciyərin ortotopik transplantasiyasından istifadə edilən zaman resipientin retro-qaraciyər şöbəsinin aşağı boş damarının rezeksiyası yerinə yetirilir ki, o, müvəqqəti olaraq vena-venoz şuntlamadan istifadə edilməsini tələb edir. Həmin əməliyyatın müvəffəqiyyətlə yerinə yetirilməsi üçün yüksək ixtisaslı mütəxəssislər komandasının və yüksək texnoloji avadanlıqların mövcud olması zəruridir. Bir qayda olaraq, maddələr mübadiləsi ilə əlaqədar xəstəlikləri olan xəstələr istisna olmaqla, resipientin qaraciyəri tam olaraq kəsilib götürülür.

Xarici xəstə donor orqanını (canlı donorun qaraciyər payını) ancaq öz qohumu olan donordan ala bilər. Donorun resipientlə qan qrupu və toxuma uyğunluğu üst-üstə düşməlidir. Transplantasiya üzrə əməliyyatdan sonra qaraciyər ilkin ölçülərinə qədər bir neçə ay ərzində bərpa (regenerasiya) olur. Qaraciyər köçürülməsi əməliyyatından 6-7 gün sonra donor, 15-20 gün sonra isə resipient evə yazılır.

Qaraciyər köçürülməsi hansı hallarda zəruridir?

Qaraciyər köçürülməsi üçün göstərişlər qaraciyərin öd yolları inkişafının anadangəlmə qüsurları, qaraciyər və öd yollarının xərçəngi, qaraciyər sirrozunun özbaşına buraxılmış formaları, alkoqol hepatiti və piy hepatozu, hepatitlər, davamlı spazmatik xolangitlər və öd yollarında daşlar kimi mühafizəkar üsullarla müalicə edilməyən xəstəliklər, bəzi metabolizm xəstəlikləri və anadangəlmə fermentopatiya hallarında verilir. Uzun zaman ərzində qaraciyərin bir çox xəstəlikləri gözlə görünən əlamətləri büruzə vermir, xəstə özünü normal hiss edir. Lakin əlamətlərin ilk təzahür etməsi ilə böyrək çatışmamazlığı, qaşınma, assit və ağciyərlərdə maye toplanması, ağır sarılıq, qanaxma və anemiya yarana bilər.

Kəskin qaraciyər çatışmamazlığı – sürətlə inkişaf edən xəstəlikdir ki, bu halda qaraciyər bir neçə ay ərzində fəaliyyətini tam olaraq dayandırır. Bir qayda olaraq, tam olaraq sağlam adam bir neçə gün ərzində ürəkbulanma, qaytarma və bəzən də qızdırma ilə olan ağır xəstəyə çevrilir. Bir neçə gün və ya hətta bir neçə saat ərzində qaraciyər koması və qaraciyər çatışmamazlığı inkişaf edə bilər. Əksər hallarda əvəzləmə terapiyası metodları və ya qaraciyər dializi xəstənin vəziyyətini ancaq bir neçə saatlıq düzəldə bilir. Belə hallarda xəstənin həyatının xilas edilməsi üçün təcili şəkildə qaraciyər nəql edilməsi zəruridir.

our-team

Qaraciyər köçürülməsi haqqında nələri bilmək lazımdır?

  1. Qaraciyərin köçürülməsi yerinə yetirilməmişdən əvvəl donor və resipient müxtəlif diaqnostikadan keçirilir. Köçürülməsin canlı donordan edilməsi halında qaraciyərin yarısı resipientə verilir. Əməliyyatdan 6-7 gün sonra donor klinikadan evə yazılır. Resipient, bir qayda olaraq, əməliyyatdan 15-20 gün sonra evə yazılır.
  2. O halda ki, xəstəyə qaraciyər xəstəliyinin terminal mərhələsi doaqnozu qoyulur, onun qaraciyər köçürülməsi üçün imkanları qiymətləndirilir. Bu qiymətləndirmə klinikada 2-3 gün ərzində aparılır. Nəticədə əməliyyat metodu və təhlükənin ummunosupressiv amilləri müəyyən edilir. Resipientin fiziki müayinəsinin göstəriciləri, psixi statusu ilə bərabər xəstənin faylına qeyd edilir.
    3. Nəqlediməyə qədər xəstədə mövcud ola biləcək xəstəliklərin yoxlanması: ürəyin işemik xəstəliyi, xroniki xəstəliklər və bədxassəli şişlər.
  3. Resipientlər və donorlar oxşar çəki/boya malik olmalıdırlar ki, qaraciyər maksimal dərəcədə resipientin bədən kütləsinə uyğun gəlmiş olsun.
    5. Donorun seçilməsi zamanı resipientin istənilən xəstəliyə yoluxmasının qarşısını almaq olduqca mühümdür. Donor tam sağlam olmalıdır, belə ki, resipientlər B,C hepatitləri, HİV yoluxmaları və bədxassəli yeni təsisatların əmələ gəlməsi təhlükəsi zonasındadırlar. Donor diqqətli şəkildə skrininq edilməli, bütün seroloji testlər yerinə yetirilməlidir.
  4. Donorun qaraciyər və böyrəklərin fəaliyyət göstərməsi təhlilləri, döş qəfəsi rentgeni və EKQ, qan təhlilləri və mümkün xəstəliklərə qarşı testlər yerinə yetirilir. Donor kardiologiya, pulmonologiya, psixiatriya və ginekologiya (qadınlar üçün) üzrə mütəxəssislər tərəfindən qiymətləndirilir.
  5. Qaraciyərin həcminin müəyyən edilməsi məqsədi ilə donorun kompüter tomoqrafiyası yerinə yetirilir.

Qaraciyər donoru üçün zəruri olan şərtlər

Yaş 18-dən 60-a qədər;

Donorun donor olması haqqında razılığı;

Donorun qan qrupu resipientin qan qrupu ilə eyni olmalıdır;

Donorun qaraciyər strukturu və funksiyası və sağlamlığının ümumi vəziyyəti ilə əlaqədar olan problemləri olmamalıdır;

Donorun qaraciyərinin anatomiyası resepientin qaraciyərinə müvafiq olmalıdır.

  1. Resipient və donorun qan qruplarının uyğunluğu aşağıda göstərilən cədvələ əsasən müəyyən edilir:

Resipient          Donor
A                            A və ya 0
B                            B və ya 0
AB                         A, B, AB, 0 (bütün qan qrupları)
0                            0 (ancaq bir qan qrupu)

Rezus amil heç bir əhəmiyyət daşımır.

  1.  Donorluğa namizəd xəstənin qohumu və ya dördüncü dərəcəyə qədər onun həyat yoldaşı olmalıdır. Müvafiq olaraq:

Birinci dərəcənin qohumları: ana, ata, övlad. İkinci dərəcəli qohum: bacı, qardaş, nənə, baba, nəvə. Üçüncü dərəcəli qohumlar: ata/ana tərəfdən əmi/dyı, bacə və ya qardaşın övladları. Dördüncü dərəcəli qohumlar: üçüncü dərəcədən olan qohumların övladları.

Həyat yoldaşının qohumları aşağıdakı kimi qiymətləndirilir.

Türkiyə Cümhuriyyəti qanunvericiliyinə əsasən donor və resipient qohumluqlarını təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər:

– doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (resipient və donor üçün)

– donor və resipientin qohum olduqlarını təsdiq edən vətəndaşlıq vəziyyəti haqqında aktlardan çıxarış

– Əgər donor nikahdadırsa, onun ərinin/ həyat yoldaşının donorluq üçün notarial qaydada təsdiq edilmiş icazəsi (yazılı razılıq)

 Adları çəkilən sənədlərin orijinalları, rəsmi olaraq tanınmış tərcüməçi tərəfindən türk dilinə tərcümə edilməlidir; apostillə leqallaşdırılmalı və ya Türkiyə səfirliyində leqallaşdırılmalı və təsdiq edilməlidir.