Sümük iliyinin köçürülməsi

Home/Tibbi istiqamətləri/Orqan transplantasiyası/Sümük iliyinin köçürülməsi

Sümük iliyinin köçürülməsi

Pediatric-and-Adult-Bone-Marrow-Transplantation

 

Kök hüceyrələrinin köçürülməsi əməliyyatını sümük iliyi köçürülməsi adlandırırlar ki, onlar sonradan yeni sağlam qan hüceyrələri əmələ gətirirlər. Sümük iliyinin köçürülməsindən bəzi qan xəstəlikləri və xərçəng növlərinin müalicəsində istifadə edilir. Bu xəstəliklər özlərini həyatın istənilən mərhələsində büruzə verir və yüksək ölüm təhlükəsi dərəcəsi olan xəstəliklər qrupuna aid edilirlər.

Acıbadəm səhiyyə qrupunda sümük iliyinin köçürülməsinə aid olaraq iki ayrı mərkəz çalışır ki, burada böyük yaşlı xəstələr və uşaqlar üçün xüsusi xidmətlər təklif edilir:

Acıbadəm Kozyatağı klinikası – böyüklər üçün sümük iliyi köçürülməsi mərkəzi
Acıbadəm Adana klinikası – uşaqlar üçün sümük iliyi köçürülməsi mərkəzi

Hər iki mərkəzin infrastrukturu və avadanlıqları sümük iliyi köçürülməsi üzrə müəssisələrin dünya standartlarına müvafiqdir. Mərkəzlərdəki bütün xidmətlər də dünya standartları və təmizlik şərtlərinə uyğunlaşdırılmışdır.

“Kök hüceyrələri” nədir?

Kök hüceyrələri – orqanizmdə bütün toxuma və orqanları generasiya edən differensasiya edilməmiş hüceyrələrdir. Kök hüceyrələri bölünmə, orqanlar və toxumalara çevrilmə qabiliyyətinə malikdir.

Qan – bədənin sümük iliyində istehsal edilən maye toxumasıdır. Hemopoetik kök hüceyrələri (“gələcək qan hüceyrələri”) sümük iliyində istehsal edilir ki, onlar bundan sonra qana düşür, orada da zəruri olan yetkinliyə çatırlar. Onların sayı daimidir, lakin zərurət yarandıqda onlar müstəqil şəkildə istehsal edilə və ya yeni və yetkin qan hüceyrələri istehsal edə bilərlər.

Hansı xəstəliklər zamanı sümük iliklərinin köçürülməsi həyata keçirilir?

QAN XƏSTƏLİKLƏRİ:

Qanın daha geniş yayılmış xəstəliyi leykozdur. Aşağıda göstərilən leykoz formaları, biq qayda olaraq, mühafizəkar müalicəyə cavab vermir və yeganə çıxış yolu sümük iliklərinin köçürülməsi olur.

* ALL (kəskin limfoblast leykozu)

*AML (kəskin mioblast leykozu)

* CML (xroniki mieblast leykozu)

APLASTİK ANEMİYA: hazırkı halda sümük iliyi istənilən qan hüceyrələrini istehsal edə bilmir və sümük iliyinin köçürülməsi yeganə müalicə metodu olur. Bu xəstəlik anadangəlmə və ya sonradan qazanılmış ola bilər, bəzi viruslar, kimyəvi maddələr və preparatlar aplastik anemiyaya gətirib çıxara bilir.

ARALIQ DƏNİZİ ANEMİYASI: eyni zamanda talassemiya (thalessemia), adı ilə də tanınan bu xəstəlik eritrositlərin anadangəlmə anormallığı ilə xarakterizə edilir.

XƏRÇƏNG: qan xəstəliklərindən sonra xərçəng sümük iliyi köçürülməsi zərurətinin daha tez-tez rast gəlinən səbəblərindən biridir. Xüsusən də Qeyri-Hodjkin limfoması (Non-Hodgkin’s lymphoma) zamanı sümük iliyinin köçürülməsi yeganə müalicə seçimi olur. Əgər daha bir limfa düyünü Hodjkin limfoması (Hodgkin’s lymphoma) zamanı xərçənglə zədələnmişdirsə, yenə də müalicə qismində kökhüceyrələrinin köçürülməsindən istifadə edirlər.

Kökhüceyrələrinin köçürülməsi necə baş verir?

Kökhüceyrələrinin köçürülməsi prosesini üç əsas mərhələyə bölmək olar.

  1. Birinci mərhələdə xəstənin qarşısıalınmaz şəkildə sümük iliyinin məhv edilməsi məqsədi ilə məhvedici kimyəvi və radiaoterapiya kursu aparılır.

Donor sağlamlıq vəziyyətinin tam diaqnostika edilməsindən keçir. Xüsusi iynə ilə donorun çanaq sümüyünün yuxarı hissəsində kv deşiyi açılır ki, bundan sonra bilavasitə sümük iliyinin qan hüceyrələrinin toplanmasına başlanılır, bundan sonra əldə edilən material təmizlənməsi və kökhüceyrələrinin özünün seçilməsi üçün laboratoriyaya göndərilir. Canlı hüceyrələrinin faizinin sayılması aparılır, əldə edilən hüceyrələrin köçürmə üçün kifayətli olub-olmaması hesablanır.

Belə bir yanlış təsəvvür mövcuddur ki, kökhüceyrələrinin köçürülməsi zamanı donora zərər yetirilir. Lakin, əslində isə sümük iliyinin götürülməsi prosedurası heç bir mənfi təsir göstərmir, buna baxmayaraq yaşı 2 yaşdan aşağı və 60 yaşdan yuxarı olan adamlar kökhüceyrələrinin donoru qismində qəbul edilmirlər.

  1. İkinci mərhələ – damardaxili daxil edilməsi yolu ilə kökhüceyrələrinin bilavasitə köçürülməsi prosesidir.
  2. Köçürmədən sonra xəstənin “aparılması” mərhələsi. Bu ən mürəkkəb mərhələdir, belə ki, xəstənin immun sistemi hüceyrələri yadcinsli kimi qəbul edərək onalara hücum etməyə başlayır, belə reaksiya həkimlərin olduqca diqqətli və peşəkar yanaşmasını tələb edir. Köçürmədən sonra yoluxma təhlükəsinin aşağı salınması məqsədi ilə xəstəni xüsusi sterilizə edilmiş otağa yerləşdirirlər. Həmin otaqda xüsusi hava təmizləmə sistemi mövcud olur, eləcə də ancaq xüsusi kostyumlarda giriş-çıxışa icazə verilir. Bir qayda olaraq, xəstə köçürmə əməliyyatından sonra daha 4-8 həftə aralığında klinikada qalmalı olur.

Kökhüceyrələrinin köçürülməsi metodları

*Allogen köçürmə – bu zaman kökhüceyrələrinin donoru digər şəxsdir, daha yaxşısı isə birinci dərəcəli qohumdur.

* Autogen köçürmə – bu zaman xəstənin özünün xüsusi emaldan keçən kökhüceyrələrini köçürürlər.

* Singen köçürmə – bu zaman kökhüceyrələri donoru monoziqot əkizlərdən biri olur.

Plansenta və kökhüceyrələri

Pediatric-Bone-Marrow-Transplantation1989-cu ildən başlayaraq göbəkkəsmə qanından əldə edilən kökhüceyrələrindən istifadə edilməsi tezliyi artmağa başlamışdır. Plansenta da həmçinin kökhüceyrələrinin zəngin olduğu mənbədir. Körpənin anadan olmasından dərhal sonra xüsusi olaraq tədris edilmiş heyət göbək qanını və plansentanı xüsusi konteynerə yığır. Laboratoriya şəraitində toplanmış materialdan kökhüceyrələrini ayırırlar. “Keyfiyyətli” hüceyrələrin sayının kifayət qədər olması halında və körpənin ailəsinin razılığı ilə kökhüceyrələri saxlanması üçün ötürülür.

Gələcəyin köçürmə metodu

Kök hüceyrələrinin qaploidentik (α – β T-hüceyrəvi) köçürmə metodu – köçürmənin xüsusi bir metodudur ki, o dünya üzrə cəmi bir neçə mərkəzdə həyata keçirilir. əsasında α – β Т-hüceyrələrinin (təbii qatillər adlandırılanlar) təcrid edilməsi dayanır, qanın kökhüceyrələri isə meqa dozalara çatdırılır.

Belə köçürmə donor axtarışı problemini tam olaraq həll etməyə qadirdir və heç bir mübaliğəsiz – bu gələcəyin köçürmə metodudur.

Göstərilən metodun üstünlükləri:

* Ölüm halı reaksiyaları sayının əhəmiyyətli dərəcədə aşağı düşməsi
* Xərçənglə mübariədə səmərəlilik

*Xəsəxanada qısa müddətli yatma

*Tam uyğungəlmə zərurətinin tələb edilməməsi, tam olaraq da bir birinə uyğun gəlməyən qohumlar donor ola bilərlər.