Ortopediya və İdman tibbi

Acıbadəm klinikalarında ortopediya və travmatologiya şöbələri bir çox anadangəlmə və sonradan qazanılan, bütün yaşlara aid sümük-əzələ sistemi xəstəliklərinin yüksək keyfiyyətli müalicəsini təmin edir. Ortoped-cərrahlar bütün növ oynaq, sümük və birləşmə deformasiyaları və pozuntuları üzrə ixtisaslaşıblar: ortopedik reabilitasiya, idman zədələri, dirsək və diz artroskopiyası, mikrocərrahiyyə, o cümlədən bilək və əl üçün; daban və baldır cərrahiyyəsi, protezləşdirmə, onkoloji ortopediya (sümük toxumalarının onkologiyası), transplantasiya, neyromühəndislik, uşaq ortopediyası və travmatologiya.
Bəzi müalicə növləri:
Fəqərə cərrahiyyəsi
Sümük-əzələ sisteminin zədələri və pozuntuları
Oynaq cıxıqları
Əzələ və vətər qopmaları
Politravmatik xəstələrin bütün növ sınıqlar və çıxıqlarının müalicəsi
Artroskopiya
Çanaq-bel oynağı və dizin protezləşdirilməsi
Yoluxmuş və ya zəifləmiş protezin korreksiyası
Honartroz və koksartroz
Periasetabulyar osteomiya və böyük baldır sümüyün yüksək osteomiyası
Sümük sisteminin deformasiyası
Sümüyün uzadılması üzrə əməliyyatlar
Osteosinte
Topuq birləşməsi və pəncə deformasiyası və patologiyaları (Hallix Valgus və s.)
Əl və bilək zədələri və patologiyaları
Yuxarı əzaların cərrahiyyəsi
Əl, bilək və ovucda əməliyyatlar
Mikrocərrahiyyə
Replantasiya ( qopmuş seqmentin canlandırılması)
Toxumaların sərbəst köçürülməsi
Zədələrdən, artroplastika və xırda əl oynaqlarının artroskopiyasından sonra yuxarı əzalara təcili yardım və rekonstruksiya
Anadangəlmə əl deformasiyalarının rekonstruksiyası
Sümük sistemi şişləri
Uşaq ortopediyası
Anadangəlmə bel çıxığı, əyripəncəlik, hemimeliya kimi bütün anadangəlmə və əldə edilən patologiya növləri
Pertes xəstəliyi, sümük toxumasının yoluxması, əza uzunluqlarının düzəldilməsi kimi ortopedik uşaq xəstəlikləri
Bütün növlərdən olan zədə və idman zədələri, sınıqlar, vətərlərin və oynaqların qopmaları
Serebral iflic, mielodisplaziya, doğuş iflici, Şarko-Mari-Tuta və s. kimi sinir-əzələ problemləri
İdman tibbi
Acıbadəm Fulya idman tibb mərkəzində peşəkar idmançılar üçün iki əsas istiqamət təklif edilmişdir. Birincisi, oyunlar və ya məşqlər zamanı baş verən zədələrin müalicəsi üçün olan xidmətlərdir, ikincisi isə, profilaktik tibbdir.
Milli və beynəlxalq səviyyədə məşhur ortoped-cərrahlar uğurla artroskopik əməliyyat, əl və yuxarı əzaların cərrahiyyəsi, fəqərə cərrahiyyəsi, protezləşdirmə üzrə əməliyyatlar aparırlar. Təcrübəli həkimlər, fizioterapevtlər və idman müəllimləri idman reabilitasiyası kontekstində çalışırlar.
2012-ci ildə FİFA-nın fikrincə Acıbadəm Fulya klinikası ən yaxşı idman tibbi mərkəzi kimi tanınmışdır.