Retroproduktiv tibb və EKD

Home/Tibbi istiqamətləri/Retroproduktiv tibb və EKD

Retroproduktiv tibb və EKD

Reproductive-Medicine-Infertility

 

Dünya statistikasına əsasən hər yeddi ailə cütlüyündən biri sonsuzluq problemindən əziyyət çəkir. Sonsuzluq kişi və qadına dərin psixoloji və sosial təsir göstərir. Bu gün müalicə Sizə övlad haqqında olan arzularınız həyata keçirməkdə kömək edə bilər.

Acıbadəmin doqquz reproduktiv tibb mərkəzləri sonsuzluğun diaqnostikası və müalicəsi üzrə faktiki məlumatlara əsaslanan kompleks yanaşma təklif edir. Həssas mütəxəssislər qrupu Sizinlə bütün bu yolu keçməyə hazırdır!

Optimal müalicə metodunun hazırlanması üçün hər bir cütlüyə reproduktiv problemlərin müəyyən edilməsi məqsədi ilə ətraflı test keçirilməsi təklif edilir. Müalicə metodlarından biri – ekstrakorporal dölləndirmə (EKD) metodudur. Acıbadəm mütəxəssislərinin çoxillik təcrübəsi və qabaqcıl texnologiyalardan istifadə EKD-də böyük müvəffəqiyyətin əsas göstəriciləridir. EKD-nin bir çox protokolları ilkin genetik testlə birlikdə həyata keçirilir. İlkin mərhələdə embrionların erkən diaqnostikası əksər genetik xəstəliklərin qarşısını alır. Əsas məqsəd ondan ibarətdir ki, uşaqlarda ciddi irsiyyət problemlərinin ortaya çıxmasına gətirib çıxaran, bir və ya hər iki valideynin daşıyıcısı olduqları genetik anormallıqların embriona ötürülməsinin qarşısını almaqdır. Acıbadəm genetik diaqnostika laboratoriyası ən yüksək texnologiyalarla təchiz edilən Türkiyənin nümunəvi mərkəzidir.

Acıbadəm reprodiktiv tibb və sonsuzluq mərkəzləri həm də milli tədris mərkəzləridir. Üstünlüyə və təhsilə can atma səyləri nəticəsində Acıbadəm reproduktorları vaxtı ilə Böyük Britaniya və Almaniyanın dünya şöhrətli mərkəzlərinddə təhsil almış və tədqiqatlar aparmışdırlar. Bizim mütəxəssislər ingilis, rus, alman və ərəb dilləri də daxil olmaqla bir çox dillərdə danışırlar.

Acıbadəm reproduktiv tibb və sonsuzluq mərkəzləri təklif edir:

Kliniki xidmətlər:

  • Ovulyasiyanın induksiyası
  • Yumurtalıqların idarəedilən stimulyasiyası və uşaqlıq daxili mayalanma (IUI)
  • Histerosalpinoqoqrafiya
  • Duzlu infuziya ultrasəs müayinəsi
  • Diaqnostik laparoskopiya
  • Cərrahiyyənin laparoskorik metodları (endometrioz, miomektomiya, salpinqoektomiya, kistalar)
  • Histeroskopiya (poliektomiya, miomektomiya, uşaqlıqdaxili yapışmaların ayrılması – Aşerman sindromu)
  • EKD və İKSİ (IVF & ICSI)
  • Yumurtalığın biopsiyası  – mikro Tese (Micro-TESE)

Laboratoriya  xidmətləri:

  • Mikroinyeksiya
  • Mikromanipulyasiya metodları (fraqmentlər vasitəsi ilə embrionların müşahidəsi)
  • Genetik testlər
  • Endometrial so-mədəniyyət
  • Embrionun kriokonservasiyası (o cümlədən, vitrifikasiya metodları ilə)
  • Spermoqramma (sperma analizi)
  • Spermanın morfoloji analizi (Kruger meyarlarına əsasən)
  • Sperma DNK-sının fraqmentasiya təhlili