Müalicə Metodları Kök Hüceyrələri

Home/News/Müalicə Metodları Kök Hüceyrələri

Müalicə Metodları Kök Hüceyrələri

Bu gün bir çox xəstəliyin çarəsi olaraq bilinən Kök Hüceyrələrin transplantasiya metodu artıq itirilən ürək funksiyalarını bərpa edilməsi üçün də istifadə edilir. Bu hüceyrələr insanın öz toxumalarından alınır və bu proses xəstə olan insanın həyatını uzadaraq həyat keyfiyyətini də artırır.   

Ürək, bir pompa sistemi olaraq fəaliyyət göstərir: həm bədənin bütün toxumlarını oksigenlə təmin edir, həmçinin də, toxumalar üçün zəruri maddələri ehtiva eden qanı da bu toxumalara daşıyır.

“Miyokard” adlanan, ürəyin güclü əzələ təbəqəsi bu funksiyanı yerinə yetirməkdə böyük rol oynayır. Miyokard bu vəzifəsini yerinə yetirə bilmədikdə ürək çatışmazlığı baş verir.

Yetkinlərdə ürək böhranı və uşaqlarda miyokardit (ürək əzələsinin iltihabı) kimi hallarda ənənəvi müalicə metodları kifayət deyilsə, ürək transplantasiyasına səbəb ola bilər.

‘Acıbadem Universiteti Atakent Xəstəxanası’nın pediatrik kardioloqu, Prof. Ender Ödəmiş, miyokard zərərinin geri dönməz olduğunu və ölü hüceyrələrin ürək funksiyalarını pozan kontraktil olmayan birləşdirici toxuma ilə əvəzlənməsinə səbəb olduğunu ifadə edərək, “Tam funksionallıq orqanının ilk növbədə sağlam görünüşü ilə ən uyğun şəkildə əvəz edilməsi üsulu başda ən doğru üsul olaraq görünür. Lakin bu metod bir çox problemə yol açır. Bu problemlər, uyğun donorun axtarışından, tapıldığında isə alıcıya köçürülən orqanın rədd etməsinə qədər uzanır. Bu problemləri həll etmək üçün elm adamları xəstənin ürəyinin və ya ən azından miyokardın sağlam hüceyrələrinin, zərər görmüş qismlərə nəql ediləcək bir nüsxəsini yaratma üsullarını inkişaf etdirirlər”.

“Tətbiq yolları kimi isə, ürəyin ‘təmiri’ üçün xəstənin öz bədənindən, ürəyindən və ya ürək damarının içindən, enjeksiya vasitəsi ilə, kök hüceyrələrin alınması kimi müxtəlif üsullar istifadə edilir”.

 

“Kök hüceyrə transplantasiyası ürək funksiyaları pozulmuş, ürək genişlənmə və qüsurlara səbəb olan hallarda, eyni zamanda da, bu üsul, ürək transplantasiyasının tək seçimi olduğunda və həmçinin ürək funksiyaların itirilməsinin əhəmiyyətli dərəcəsinə səbəb olan infraksiyalırdan sonra edilən uğursuz by-pass əməliyyatlarında xüsusilə üstünlük təşkil edir.

Kök hüceyrə tədqiqatının başlanğıcı haradır?

Acıbadem Labcell və elmi tətbiqatlar! Acıbadem Labcell’de araşdırma aparan Professor Hematoloq Ercüment Ovalı belə izah edir: – ‘Kök hüceyrə müalicəsi, xəstə hüceyrələri sağlam olanlar ilə əvəz etməklə həyata keçirilir. Ürək xəstəliklərində isə kök hüceyrə tətbiqi öz bədənindən, ürəyindən və ya ürək damarının içindən, enjeksiya vasitəsi ilə, kök hüceyrələrin alınması kimi müxtəlif üsullarını ehtiva edir’

Xəstəliyin Erkən Mərhələsində Bərpa Müddəti Daha Qısadır!

Bu üsul, erkən mərhələlərində xəstələrin ürəyinə tətbiq edildikdə, kök hüceyrələr toxumalara dəstək verərək, hüceyrənin təkamülünü stimullaşdıraraq və yeni qan damarlarının inkişafına yardım edərək hüceyrə ölümünü azaldır. Bütün bu faydalara əlavə olaraq, kök hüceyrələr zədələnmiş toxumaların iltihabını azaldır və ürəyin istənməyən bağlayıc toxumalarının inkişafına mane olur.

Bundan başqa, kök hüceyrələrin tədqiqatı, bədəndə hər cür hüceyrəyə çevrilə biləcəyini və miyokard hüceyrələrinə çevrilməyə yönəldiyini göstərir, yəni bunlar ürəkdəki zərər görmüş və ya ölmüş hüceyrələrin ən azından bir neçə dənəsini əvəz edə bilər.

Professor Ovalı qeyd edir ki, ürək transplantasiyası düzgün bir üsuldur, lakin onun riskləri və uzun müddətə bərpa edilməsi üçün alternativlər axtarılır və kök hüceyrə transplantasiyası bu məsələdə çox əhəmiyyətlidir: “Bir çox tədqiqat göstərir ki, xüsusən ürək-damar pozğunluqlarında, erkən mərhələlərdə kök hüceyrə tətbiqləri, xəstəliyin aradan qaldırılması şərtilə xəstələr üçün bərpa dərəcəsini artırır.

Metodun ağırlıq dərəcəsi də çox aşağıdır. Qısacası ürəkdə təkrarlanmayan bir müalicə və ya müvəqqəti səbəbdən artıq fəaliyyət göstərməyən hallarda, kök hüceyrə transplantasiyası xəstəni daimi olaraq qurtarmağa kömək edə bilər. Məsələn, koronar arteriya tıkanması səbəbiylə ürək böhranı keçirən və bypass əməliyyatına məruz qalan bir xəstə, arteriyanın tıxanma vəziyyətindən azad olur, lakin ürəyi onun bəzi funksiyalarını itirir. Belə bir xəstədə kök hüceyrə müalicəsi alındığında bütün müalicənin ürək funksiyalarına daimi təsiri daha güclüdür.

Lakin, erkən mərhələdə kök hüceyrə müalicəsi, idiyopatik kardiyomiyopatiya kimi disfunksiyasiyalarda və / və ya əsas səbəbi bilinməyən vəziyyətlərdə təsirli olmasına baxmayaraq, təsirlərinin uzunmüddətli olduğunu söyləmək çətindir. Bu məsələ ilə bağlı bir çox perspektivli tədqiqatlar davam etdirilir “.

Kimə və Nəcə Tətbiq Olunur

Kök hüceyrə transplantasiyasının ilk tələbi – xəstədən ürək əzələlərinə çevrilmək istənən hüceyrələrin toplanmasıdır. Xəstədən birləşdirici toxuma hüceyrələrinin çıxarılmasını və laboratoriyanın müvafiq bir kültür mühitində bunların bərpasını nəzərdə tutur.

Prof. Ödəmiş, miyokardiyalı hüceyrələr olmaq üçün və lazım olan yollara daxil olmasını təmin etmək üçün bu hüceyrələrə müəyyən sinyallerin verildiyini bildirir və deyir ki: – “Kifayət qədər miqdar əldə edildikdən sonra, kök hüceyrələr anjiyografi üsulu ilə, birbaşa, ürəyi qanla təmin edən, ürək əzələlərinə və ya koronar damarlara tətbiq olunur”.

Dünyada çoxsaylı nümunələr olan kök hüceyrə müalicəsi ilə müşayiət olunan ürək xəstəliklərinin müalicəsi yalnız müəyyən xəstə qruplarında həyata keçirilə bilər.

Professor Ovalı, bu müalicə üsulu 65 yaşınadək olan xəstələr üçün Türkiyə Səhiyyə Nazirliyi tərəfindən təsdiq edildiyini bildirdi ve vəziyyəti belə izah etdi: “Bu cür müalicə artıq əhəmiyyətli nəticələr verdi və bu günə qədər heç bir əhəmiyyətli yan təsir bildirilmədiyi halda, müalicənin səmərəliliyini artırmaq və uzunmüddətli nəticələrini ortaya qoymaq üçün yeni işlər aparılır”.

Xəstələr ‘Yataq Rejimindən’ Xilas Olur!

Ümumiyyətlə, ilk bir neçə tətbiqdən sonra kəskin bir bərpa müşahidə olunur, lakin bərpanın daimi olması vacibdir. Professor Ödəmiş, müalicədən sonra nə gözləməsini izah edir: “Ürək əzələlərinin köhnə funksiyalarının hamısının bərpa edildiyini və əzələlərin tamamilə yeniləndiyini söyləmək yerinə xəstələrin müalicədən çox fayda əldə etdiyini söyləmək daha dəqiq olardı. Başqa sözlə, ürək əzələlərində funksiyanın pozulması tamamilə aradan qaldırılmır. Ancaq xəstələr yatağa qoyulmaqdan xilas olur və normal gündəlik fəaliyyətlərinə qayıda bilərlər”.

Uğurlu Tətbiqlər!

Dünyada kök hüceyrə müalicəsi almaq üçün xəstələrin ilk qrupu, yetkinlik dövründə miyokard infarktı keçirən insanlardır. Professor Ender Ödəmiş, bu üsulun miyokarditdən sonra ürək çatışmazlığı olan uşaq xəstələri üçün də istifadə edildiyini və elmi ədəbiyyatda çox uğurlu işlərin olduğunu söyləyir.